Naxçıvanda xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naxçıvan Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib.
SİA-nın məlumatına görə, idarədən bildirilib ki, görüşdə gömrük sistemində aparılan təkmilləşdirilmələrin, yeni istifadəyə verilmiş layihələrin idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsinə, rəsmiləşdirmə prosesinə sərf edilən vaxt itkisinin və əlavə xərclərin minimuma endirilməsinə şərait yaradıldığı vurğulanıb.
Həmçinin məcburi qərarların qəbul edilməsi və biznes subyektlərinin fəaliyyətinə təsiri, eləcə də gömrük bəyannamələrinin düzgün tərtib olunması ilə bağlı sahibkarlara və gömrük təmsilçilərinə ətraflı məlumat verilib.
Yekunda təklif və rəylər dinlənilib, tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Baxış sayı:60
Bu xəbər 11 Aprel 2025 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















