Naxçıvanda xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan, 22 noyabr, AZƏRTAC
Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib.
İdarədən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görüşdə gömrük sistemində tətbiq edilən yeniliklər və layihələrlə bağlı biznes nümayəndələrinin məlumatlandırılması, qarşılıqlı etimad mühitinin gücləndirilməsi, idxal-ixrac zamanı mal və nəqliyyat vasitələrinə dair məlumatların öncədən təqdim olunması ilə təhlükəsizliyin və ticarətin asanlaşdırılmasının təmin edilməsinin gömrük orqanlarının qarşısında prioritet hədəflər kimi müəyyənləşdirildiyi diqqətə çatdırılıb.
Gömrük əməkdaşları tərəfindən biznes nümayəndələrinə “XİF MN tövsiyə sistemi və ondan istifadə”, “SİO statusunun verilməsi” qaydaları haqqında və “ÖZÜNET” layihəsi barədə videotəqdimatla ətraflı məlumat verilib.
Tədbirin sonunda daşıyıcı şirkətlərin nümayəndələrinin təklifləri dinlənilib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Baxış sayı:82
Bu xəbər 22 Noyabr 2024 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















