Icma.az
close
up
RU
Naxçıvanda xəstəxanaya müasir avadanlıqlar verilib FOTOLAR

Naxçıvanda xəstəxanaya müasir avadanlıqlar verilib FOTOLAR

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Babək Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə tibb müəssisəsinə bir sıra yeni və müasir avadanlıqlar təhvil verilib. 

Bu addım “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib. 

Təhvil verilən avadanlıqlar arasında yüksək dəqiqlikli görüntüləmə imkanı yaradan tam rəqəmsal ultrasəs müayinəsi (USM) cihazı, ürək fəaliyyətini dəqiq izləməyə imkan verən elektrokardioqraf (EKQ), həyati vacib funksiyaların dəstəklənməsində mühüm rol oynayan süni tənəffüs aparatı (İVL), təcili vəziyyətlərdə istifadə edilən defibrilyator və çoxfunksiyalı defibrilyator, həmçinin xəstənin vəziyyətini davamlı izləməyə imkan verən 10 ədəd xəstəbaşı monitoru, İBP funksiyalı monitor və İBP+CO₂ funksiyalı monitorlar yer alır. Avadanlıqların texniki göstəriciləri müasir tibb standartlarına uyğun olmaqla, diaqnostika və intensiv terapiya xidmətlərinin keyfiyyətinin artırılmasına xidmət edir. 

Bu münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov və Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək xəstəxanaya verilən avadanlıqların bölgə əhalisinə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacağını qeyd ediblər.

Həmçinin nazir Samiq Sadıxov çıxışında  Dövlət Proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə geniş məlumat verib, səhiyyə sisteminin modernləşdirilməsi, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və tibb müəssisələrinin maddi-texniki imkanlarının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Tədbirin sonunda rayon sakinləri yaradılan şərait və göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri