Naxçıvanda ümumtəhsil müəssisələrindəki STEAM otaqlarına yeni avadanlıqlar verilib
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq muxtar respublikanın ümumtəhsil müəssisələrində 50 yeni STEAM otağının yaradılması, 154 təhsil müəssisəsində isə mövcud olan STEAM otaqlarının avadanlıqlarla zənginləşdirilməsi nəzərədə tutulur.
Dövlət Proqramının icrası məqəsdilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən tender yolu ilə alınan avadanlıqların təhsil müəssisələrinə təhvil verilməsinə başlanılıb. İlk olaraq 154 təhsil müəssisəsindəki STEAM otaqlarının zənginləşdirilməsi üçün arduino, arduino superkid, flament, 3D qələmlər, arduino nano, məsfə sensorları, optik sensorlar, günəş paneli, servo mator və digər avadanlıqlar təhsil müəssisələrinə təhvl verilib.
Ümumtəhsil müəssisələrinə yeni verilən bu avadanlıqlar təhsil müəssisələrində STEAM təhsili üzrə şagirdlərin əyani vasitələrdən istifadə edərək öz bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacaq. Yaxın günlərdə ümumtəhsil müəssisələrində 50 yeni STEAM otağının yaradılmasına da başlanılacaq.
Qeyd edək ki, ümumtəhsil müəssisələrində STEAM dərsləri cari tədris ilindən IV-IX sinif şagirdləri üçün tədris olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 19 Fevral 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















