Icma.az
close
up
RU
Naxçıvandan Türkiyəyə keçən taksilərimiz həbs edilir?

Naxçıvandan Türkiyəyə keçən taksilərimiz həbs edilir?

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan taksilərinə Türkiyənin Iğdır vilayətinə sərnişin daşımağın qadağan edildiyi iddia olunur. Bildirilir ki, bu qadağanı Türkiyə tərəfi bir neçə həftədir tətbiq etməyə başlayıb. Yeni qaydanı pozan sürücülər cərimələnir, avtomobillərinə isə 15 günlük həbs cəzası verilir.

"Unikal" xəbər verir ki, bu şikayətlə “Gündəlik Naxçıvan”a taksi sürücüləri müraciət ediblər.

Sürücülərin sözlərinə görə, jandarma onları gömrüyü keçdikdən sonrakı 20 kilometrlik nəzarət zonasında yoxlayır. Avtomobillərin taksi olub-olmadığını yoxlamaq üçün sürücülərdən sərnişinlərin ad-soyad və təvəllüdlərini soruşurlar. Sorğu-suala ətraflı cavab verə bilməyən sürücülər cərimələnir, avtomobillər isə cərimə meydançasına göndərilir.

Taksi sürücüsü Gündüz Məmmədov da bir neçə gün əvvəl eyni üsulla cərimələndiyini deyir: “İllərdir Türkiyəyə sərnişin daşımaqla çörəkpulumuzu çıxarırıq. Son zamanlar oraya da 15 gündən bir buraxmağa başlamışdılar. Biz həm 3-4 nəfər qonum-qonşunu, başqa sərnişinləri aparıb-gətirərək benzin pulunu çıxarırıq, həm də evimizə alış-veriş edirik. İndi də sərnişin apardığımız üçün Türkiyə polisi bizi cərimələyir, avtomobilimizə həbs qoyur. Bunu Iğdır-Dilucu keçid məntəqəsi arasında taksi kimi işləyən mikroavtobus sürücülərinin şikayəti əsasında etdiklərini deyirlər. Bildirirlər ki, naxçıvanlı sürücülər sərnişini gömrüyə kimi gətirməli, oradan Iğdıra isə türkiyəli taksi sürücüləri aparmalıdırlar”.

Digər sürücü Nazim Məmmədov da eyni problemlə üzləşdiyini bildirir: “Əvvəllər belə şeylər olmurdu, biz də, onlar da Naxçıvan-İğdır-Naxçıvan istiqamətində sərnişin daşıya bilirdik. Sonra 15 gündən bir getməyə icazə verdilər. İndi də deyirlər ki, Naxçıvan taksilərinə Türkiyə ərazisinə müştəri gətirmək olmaz. Naxçıvan gömrüyünə kimi gətirin, oradan verin Türkiyə taksilərinə. Nə edəcəyimizi bilmirik. Çörəkpulunu çıxara bilmirik”.

Sürücülərin iddiasına görə, hazırda onlarla Naxçıvandan olan taksi Türkiyədə həbsdədir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Sentyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri