Naxçıvandan Türkiyəyə şəxsi avtomobillə getmək istəyənlərin NƏZƏRİNƏ
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yaxın aylarda Naxçıvandan şəxsi avtomobillərlə Türkiyəyə keçid üçün xarici pasport tələbinin tətbiq ediləcəyi ilə bağlı iddialar yayılıb. Bildirilir ki, hazırda biometrik şəxsiyyət vəsiqəsi ilə sərhədi keçmək mümkün olsa da, qaydalarda dəyişiklik edilə bilər.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən deputat Azər Allahverənov bildirib ki, Azərbaycan və Türkiyə arasında biometrik şəxsiyyət vəsiqələrinin tanınması artıq hüquqi müstəvidə təsdiqlənib və vətəndaşlar rahat şəkildə bu sənədlə qarşı tərəfə keçə bilirlər:
“Azərbaycan və Türkiyə arasında biometrik şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması razılaşdırılıb. Hazırda Azərbaycan vətəndaşları heç bir çətinliklə üzləşmədən biometrik vəsiqə ilə Türkiyəyə səfər edirlər. Eyni qayda ilə Türkiyə vətəndaşları da Naxçıvana daxil olur. Xarici pasport tələbinin ortaya çıxması barədə məlumatlar varsa, bunun səbəbləri dəqiqləşdirilməlidir. Ola bilər ki, sırf praktiki baxımdan müəyyən texniki və ya inzibati çatışmazlıqlar mövcuddur”.
O vurğulayıb ki, indiyədək bu istiqamətdə rəsmi və ya praktiki bir problem eşidilməyib:
“İstənilən halda belə bir tələb tətbiq olunarsa, bunun müvəqqəti xarakter daşıyacağını düşünürəm”.
Deputat həmçinin bildirib ki, bu kimi məsələlərdə tərəflər arasında koordinasiya vacibdir və hər hansı qərar vətəndaşların sərbəst hərəkətinə maneə yaratmamalıdır.
Aygün Hüseyn, Bizim.Media
Baxış sayı:32
Bu xəbər 22 Noyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















