Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Avtosfer.az "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinə istinadla xəbər verir ki, avqustun 3-də 35 kV-luq Xətai elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar 35/10 kV-luq Xətai yarımstansiyasından qidalanan elektrik xətlərində müvəqqəti enerji fasiləsi yaranacaq.
Bununla əlaqədar olaraq, avqustun 3-də saat 05:00-dan 07:00-dək Məktəb, Xətai Qəsəbə və Asfalt Zavod hava elektrik verilişi xətləri üzrə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Nəticədə Naxçıvan şəhərinin 21, 22, 35, 36, 48, 49, 50 və 52-ci məhəllələrində, həmçinin Abbas Zamanov və Xətai küçələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Bildirilib ki, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentləri elektrik enerjisi ilə təmin olunacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 02 Avqust 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















