Bakının bəzi əraziləri işıqsız qalacaq ÜNVANLAR
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı və Abşeronun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Qeyd olunub ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 11-də Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri aparılacaq.
Belə ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi, İsmayıl Talıblı, Ümid Əkbərov, Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Eyni zamanda Abşeron RETSİ-nə daxil olan Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivinin bəzi ərazilərində saat 09:30-dan 17:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq. Həmçinin planlı fasilə saat 10:00-dan 17:00-dək Xırdalan şəhəri Həsən Əliyev və Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçələri, eləcə də Ceyranbatan gölünün yuxarı ərazisini, Yeni Saray yolunun sol və sağ hissələrini əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 11 Sentyabr 2026 08:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















