Icma.az
close
up
RU
Naxçıvanın bölgələrində açıq hava idman qurğuları quraşdırılır

Naxçıvanın bölgələrində açıq hava idman qurğuları quraşdırılır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 10 oktyabr, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına uyğun olaraq, regionlarda sadə tipli açıq hava idman qurğularının qurulması prosesi həyata keçirilir. Sentyabr ayında Şahbuz şəhərində başlanan inşaat işləri hazırda plan üzrə nəzərdə tutulan bütün əraziləri əhatə edir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda Şahbuzla yanaşı, Şərur, Ordubad, Culfa, Babək şəhərləri, o cümlədən Sədərək rayonunun Heydərabad qəsəbəsi, Kəngərli rayonunun Qıvraq qəsəbəsi, Babək rayonunun Nehrəm və Cəhri qəsəbələrində idman qurğularının inşası işləri planlı qaydada davam etdirilir.

Noyabrın sonunadək 7-si şəhərlərdə, 4-ü qəsəbələrdə olmaqla, muxtar respublikanın bölgələri üzrə ümumilikdə 11 yerdə açıq hava idman qurğularının istifadəyə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Babək, Culfa və Şahbuz şəhərlərində inşası nəzərdə tutulan “Sağlam məhəllə” layihəsi də aktiv icra vəziyyətindədir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə görülən işlərin davamı olaraq müvafiq tikinti şirkətinin nümayəndələri oktyabrın 8-dən etibarən müvafiq ünvanlara baxış keçirib və növbəti həftədən tikinti işlərinə başlanılması qərara alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri