Naxçıvanın ƏƏSMN i eyni şirkətə daha bir tender verdi
Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Naxçıvan Muxtar Raespublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir tenderinin nəticələrini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, söhbət Şahbuz şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin rayon sektorunun inzibati binasının əsaslı təmiri işlərinin satın alınmasından gedir.
Məlumatda bildirilir ki, müsabiqənin qalibi “CONSTRUCTION BUSINESS GROUP” MMC olub. Şirkətlə bu işlərin görülməsi üçün 161 min 296 manatlıq müqavilə imzalanıb.
Xatırladaq ki, Naxçıvan MR ƏƏSMN-i son iki gündə sözügedən şirkətə 3 tender verib. Belə ki, qurum Şahbuz və Culfa DSMF-lərinin binalarının təmirini də “CONSTRUCTION BUSINESS GROUP” MMC-yə həvalə edib.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:ƏƏSMN bir gündə eyni şirkətə iki tender verdi: Naxçıvanda 635 minlik anlaşma
14 Avqust 2025 11:46
ƏƏSMN in “sevimli şirkəti” daha bir tender uddu ARAŞDIRMA
07 Noyabr 2025 12:47
FHN nazirə məxsus olduğu deyilən şirkətə daha bir tender verdi
12 Dekabr 2024 17:51
AMB daha bir şirkətə lisenziya verdi KONKRET
22 Yanvar 2025 11:01
Baxış sayı:123
Bu xəbər 15 Avqust 2025 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















