Naxçıvanın taleyini həll edən Rusiya Türkiyə müqaviləsinin imzalanması
Azpost saytına istinadən Icma.az xəbər verir.
Naxçıvanın taleyini həll edən Rusiya-Türkiyə müqaviləsinin imzalanması
1921-ci martın 16-da Türkiyə ilə Rusiya arasında Moskva müqaviləsi və ya “Dostluq və qardaşlıq haqqında” müqavilə imzalanıb.
AzPost bildirir ki, 1921-ci ildə imzalanmış müqavilənin imzalanma mərasimi ilə bağlı Rusiya Dövlət Arxivində saxlanılan kinoxronika kadrları ilk dəfə nümayiş etdirilib.
Qeyd edək ki, müqavilə 16 maddə və 3 əlavədən ibarətdir.
26 fevral 1921-ci ildə Sovet Rusiyası ilə Türkiyə arasında Moskva başlanan danışıqlarda Sovet Rusiyasını xarici işlər komissarı Çiçerin və Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü Cəlaləddin Qorxmazov, Türkiyəni xarici işlər naziri Yusif Kamal başçılığı ilə Əli Fuad Cebesoy və doktor Riza Nurdan ibarət diplomatik nümayəndə heyəti təmsil edib.
Sazişin imzalanmasında Türkiyənin Rusiyadakı səfiri Əli Fuad Paşa və sovet Azərbaycanının Türkiyədə səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtaxtinski də iştirak edib.
Qeyd edək ki, Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması barədə razılıq ilk dəfə Moskva müqaviləsində əldə olunub. Müqavilənin üçüncü maddəsində Naxçıvanın Azərbaycanın himayəsi altında muxtar ərazi kimi təşkil olunması öz əksini tapıb. Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edirdi.
Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci ilin oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalanıb.
103 il bundan əvvəl imzalanma mərasimindən həmin tarixi anın kinokadrlarını təqdim edirik:
https://www.youtube.com/watch?v=M5uHSBk6k8g
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 20 İyun 2025 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















