Icma.az
close
up
RU
Türkiyə generalları Naxçıvanın məşhur kəndinə KONKRET

Türkiyə generalları Naxçıvanın məşhur kəndinə KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq davam edir. Onun Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə birgə fotosu sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentində sürətlə yayılır.

Fotonun 1993-cü ildə Elçibəy prezident olarkən Ankarada çəkildiyi deyilir. Əbülfəz Elçibəyin azərbaycanlı hərbçilərin Ankara yaxınlığında hərbi hissədə təlimlərini izləmək üçün ora getdiyi bildirilir. Kaşif Kozinoğlu həmin dövrdə hərbi təlimlərə rəhbərlik edib.

Digər iddialara görə isə şəkil Azərbaycanda lentə alınıb. Kaşif Kozinoğlu Azərbaycanda Prezident Qvardiyasının əsgər və zabitlərinə, eləcə dıə Qarabağda döyüşəcək hərbçilərə təlim keçib.

Elçibəy 1993-cü ilin iyununda doğulduğu Kələki kəndinə getdikdən sonra onun orada mühafizə olunması və peyk rabitəsi ilə təmin edilməsi ilə bağlı Türkiyə tərəfindən qərar qəbul edilmişdi. Peyk rabitəsi vasitəsilə Elçibəy Türkiyənin siyasətçiləri və dövlət rəsmiləri ilə əlaqə saxlaya, eləcə də Bakıda olan silahdaşları ilə vaxtaşırı danışa bilirdi.

Türkiyə Kələkidə Elçibəy üçün peyk antenasını niyə qurmuşdu? Kaşif Kozinoğlu Kələkidə olubmu?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan Əbülfəz Elçibəyin qardaşı oğlu və onun ən sadiq şəxsi mühafizəçisi Ədalət Əliyev sözügedən foto ilə bağlı məlumat verib:

“Həmin şəkil indiki məşhur “Yaşma” Xüsusi Təyinatlı Batalyonunun yaradılması zamanı çəkilib”.

Elçibəyin ailəsinə yaxın olan Çingiz Özgür isə məsələyə belə münasibət bildirib:

“Kələkidə yaşayan və həmin proseslərdən yaxından məlumatlı olan şəxslərdən öyrəndiyim qədəri ilə, Kaşif Kozinoğlu heç vaxt Kələkidə olmayıb. Oraya gələn MİT mənsubları öz adları, hamıya məlum olan isimlərlə deyil, fərqli adlarla təmsil olunurdular.

Kaşif Kozinoğlu Bakıya gəlib. Batalyonların döyüşə hazırlanmasına rəhbərlik edib. Özünün bu sahədə çox ciddi təcrübəsi var idi. Şəkil də Əbülfəz Elçibəyin prezidentliyi dövründə çəkilib.

Peyk antenasının qurulması məsələsinə gəlincə, burada Türkiyənin rolu böyük olub. Əbülfəz Elçibəy Kələkidə olduğu zaman dünyanın istənilən yeri ilə əlaqə saxlaya bilirdi. Peyk antenası onun üçün xüsusi gətirilmişdi və enerji ilə təmin olunurdu. Onun üçün şəxsi ATS qurulmuşdu.

Çingiz Özgür

Elçibəy MİT tərəfindən Kələkidə rəsmən qorunurdu. Bu, gizli saxlanılırdı. Peyk antenasına elektrik lazım idi. O vaxt kəndlərdə elektrik yox idi. Generator qoyulmuşdu. Düşünün, həmin generatora benzin töküb işə salan şəxs MİT generalı idi. Amma hamı onu “generatora baxan adam” kimi tanıyırdı. Tədbirlərdə kənd camaatının içində otururdu. Lakin sonradan məlum oldu ki, bu adam MİT generalıdır və Elçibəyi qorumaq üçün Türkiyə tərəfindən xüsusi olaraq təyin olunub.

Elçibəy orada olduğu müddətdə Türkiyədən çoxsaylı nümayəndələr Kələkiyə gəlmişdi. Kələkiyə gələn məşhur simalardan biri də Abdullah Çatlı idi. Türkiyə kəşfiyyatının Elçibəyə münasibəti çox yaxşı idi. Onlar Elçibəyi özlərinə lider sayırdılar. Abdullah Çatlı da öz adı ilə gəlməyib. Başqa adla gəlib, Elçibəylə görüşüb. Onu bir-iki nəfər görüb”.

Qeyd edək ki, Abdullah Çatlı Türkiyənin yaxın tarixində dərin dövlət əlaqələri, mafiya və kəşfiyyat əməliyyatları ilə bağlı adı çəkilən ən mübahisəli simalardan biri olub. O, həmçinin məşhur “Kurtlar Vadisi” serialındakı Polat Alemdar obrazının əsas prototiplərindən biri hesab edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Sentyabr 2026 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri