Naxçıvanın yeni qardaşı Urumçidən reportaj
Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çin böyük və maraqlı ölkədir. Onunla yaxından tanış olmaq və arzuladığınız hər yerə getmək üçün bir neçə gün kifayət etməz. Çini yavaş-yavaş tanımalı, onun mədəniyyətinə, fəlsəfəsinə və reallıqlarına tədricən nüfuz etməlisiniz. Yalnız bundan sonra Çini gördüyünüzü söyləyə bilərsiniz.
Urumçi – Sincan-Uyğur Muxtar Bölgəsinin (SUMB) paytaxtıdır. Biz orada Şəhərsalma Muzeyində, Sincan İncəsənət İnstitutunda, “GAC Group”un (Guangzhou Automobile Group Co., Ltd.) yerli filialında və “Asia Innovation Energy Co., Ltd.”-də olduq, Terrorizm və Ekstremizmlə Mübarizə Muzeyinə baş çəkdik. Şəhəri gəzdik və Urumçi Böyük Beynəlxalq Bazarını ziyarət etdik. Təbii ki, gəzinti və ekskursiyalarla yanaşı, görüşlər, müzakirələr də keçirdik.
Çin Kommunist Partiyasının SUMB təbliğat iş şöbəsinin müdir müavini Syuy Quysun bizimlə söhbətdə terrorizm və ekstremizmlə mübarizə mövzusuna xüsusi diqqət yetirdi. Bu da təsadüfi deyil, çünki SUMB uzun illərdir bu baxımdan problemli bölgə olub. 90-cı illərdən 2016-cı ilə qədər bütün bölgəni terror hücumları dalğası bürüyüb. Səbəb Sincanın cənub bölgəsində dini ekstremizmin yayılması olub. Təlim və Təkmilləşdirmə Mərkəzləri problemin öhdəsindən gəlməyə kömək edib. Radikalizmin təsirinə məruz qalan vətəndaşlar bu mərkəzlərə yerləşdirilir, orada peşəyə yiyələnir, dünyaya baxışları dəyişir. Mərkəzləri bitirən məzunlar iş tapır, ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir, bununla da həyatlarını dəyişirlər.
Həmsöhbətimiz vurğuladı ki, mərkəzlərin bir növ həbs düşərgəsi olması fikri anti-Çin təbliğatının uydurduğu yalandır. Qərb Çinin terrorizmlə mübarizə və regionun inkişafı istiqamətində gördüyü işləri inkar edir, lakin ÇXR terrorizmlə mübarizə haqqında qanun qəbul edib və bu mərkəzlər ona uyğun fəaliyyət göstəriblər. Yeri gəlmişkən, mərkəzlər 2019-cu ildə fəaliyyətini dayandırıb.
Urumçi Antiterror Muzeyinə baş çəkərək, Sincanda terrorizm mövzusu ilə daha yaxından tanış olduq. Onun salonlarını gəzərkən bu mövzunun Çin hakimiyyəti üçün nə qədər vacib olduğu və problemin aradan qaldırılması üçün nə qədər səy göstərdiyi aydın olur.
Muzeyi ziyarət edərkən məlum olur ki, radikal qrupların iğtişaşları və terror aktları yalnız ekstremistlər tamamilə məhv edildikdən sonra dayanıb. 1990-2016-cı illər arasında “üç şər qüvvə” – terrorizm, separatizm və ekstremizm daxildə və xaricdə bir neçə min qəddar terror aktı planlaşdırıb və Sincanda həyata keçirib, nəticədə çox sayda günahsız insan və yüzlərlə polis məmuru həlak olub. Qeyri-insani silahlı hücumlar və partlayışlar bölgəni yerlə yeksan edib, insanlar arasında kədər, təlatüm və panikaya səbəb olub. Zorakılıq dalğas böyük çətinliklə yatırıldı. Çin bu döyüşdən qalib çıxdı.
Urumçi Antiterror Muzeyi o illərin realist və qanlı rəsmləri ilə zəngindir, sərgidə ekstremistlərdən müsadirə edilmiş silah nümunələri var. Bizə videoçarxlar da nümayiş etdirildi. Bölgənin başına gətirilənləri yalniz muzeydə nümayiş etdirilən foto və videomateriallara nəzər salmaqla problemin miqyasını tam dərk etmək olur. Bu problem 90-cı illərdə formalaşmağa başlayıb, lakin xüsusi terror fəaliyyəti dövrü 2008-2016-cı illərdə baş verib.
Cənab Quysun görüşdə bildirdi ki, 2016-cı ildən bəri Sincanda bir daha terror aktı baş verməyib. Bu, əhalini qorxudan xilas etdi və bölgə üçün inkişaf imkanları açdı. Üstəlik, indi SUMB-a turistlər gəlir, bölgə təhlükəsizləşib. 2023-cü ildə onların sayı həm yerli turistlər, həm də əcnəbilər də daxil olmaqla 200 milyonu ötüb.
Bu gün Sincanda görməli və heyran olmalı çox şey var. Bizə deyildi ki, 10 il ərzində Sincanda yerli büdcənin 70 faizi xalqın rifahının yaxşılaşdırılmasına və inkişafına sərf olunub. Bir çox insanlar Urumçini mərkəzin unutduğu əyalət şəhəri kimi təsəvvür edirlər. Amma bu doğru deyil. Şəhər müasir memarlıq, infrastruktur və göydələnlərə malik nəhəng bir metropoldür. Burada həm də inanılmaz dərəcədə gözəl təbiət mənzərələri var.
Urumçi Çinin şimal-qərb hissəsində, eyniadlı çayın vadisində yerləşir. Şəhər bir tərəfdən Tyan-Şan dağları ilə əhatə olunub, digər tərəfdən isə məşhur Küləklər Vadisinə bitişikdir. Urumçi Sincanın əsas sənaye mərkəzi hesab olunur. Sürətli inkişafın sübutunu burada hər yerdə görmək olar. O eyni zamanda Böyük İpək Yolu dövrlərini xatırladan qədim şəhərdir. Lakin bugünkü Urumçidə əsas olan onun iqtisadi potensialıdır. Şəhər sənayesi SUMB-ın ümumi məhsulunun, demək olar ki, 70 faizini verir.
Urumçi Mərkəzi Asiyanın ən böyük və ən müasir şəhəridir. Şəhərsalma Muzeyinə baş çəkərək, bu haqda çox maraqlı şeylər öyrəndik. Maraqlıdır ki, muzeyin də daxil olduğu mədəniyyət mərkəzi pandemiyanın ən qızğın vaxtında tikilib.
Nəhəng mədəniyyət mərkəzinin binasının mərkəzi hissəsi gül formasında hazırlanıb, ətrafında altı bina var və onlardan biri Şəhərsalma Muzeyi üçün ayrılıb. Digər binalarda İncəsənət Teatrı, Təsviri İncəsənət Sərgisi, Musiqi Mərkəzi və bir çox başqa maraqlı şeylər var. Təəssüf ki, vaxt məhdud olduğundan hər yeri ziyarət etmək mümkün olmadı.
Muzeyin ekspozisiyası elə təşkil olunub ki, ziyarətçilər qədim zamanlardan müasir dövrə keçə bilirlər. Burada şəhərin zamanla necə dəyişdiyini göstərən müxtəlif əsrlərə aid çoxlu unikal eksponatları görə bilərsiniz. Böyük İpək Yolu dövrünə xüsusi diqqət yetirilir.
Bu sərgi xüsusilə diqqəti cəlb edir, çünki artefaktlar mum fiqurlar, xalq geyimləri və məişət səhnələri ilə üst-üstə düşür. Dövrün ruhunun bu şəkildə təqdim olunması Çin muzeylərinin ənənəvi xüsusiyyətidir. Muzeyin kino kitabxanasında Urumçinin son onilliklər ərzində keçdiyi inkişaf mərhələləri ilə tanış olmaq olar.
Urumçidəki maraqlı sənaye sahələrindən biri də Quançjou şəhərində yerləşən Çin avtomobil istehsalçısı “GAC Group”un (Guangzhou Automobile Group Co., Ltd.) yerli filialıdır. Çox maraqlı bir ekskursiya oldu, çünki avtomobillərin necə istehsal olunduğunu görmək hər kəsə nəsib olmur. Bu həqiqətən də valehedici mənzərədir.
“GAC Group” satılan avtomobillərin sayına görə Çinin ən böyük avtomobil istehsalçıları siyahısında aparıcı yerlərdən birini tutan iri və kifayət qədər uğurlu şirkətdir. GAC Group “Trumpchi” brendi altında minik avtomobilləri, “Gonow” brendi altında minik avtomobilləri və yük maşınları, “Changfeng Motor“ brendi altında yolsuzluq avtomobilləri və GAC Bus avtobusları satışı ilə məşğuldur.
Bundan əlavə, şirkət birgə müəssisələr vasitəsilə Fiat, Honda, Mitsubishi, Toyota avtomobilləri istehsal edir. Şirkət rəhbərliyinin nümayəndələri ilə söhbət zamanı Çin tərəfi Azərbaycan bazarına çıxmaq arzusunu da bildirdi.
Urumçi regionun əsas istehlak və pərakəndə ticarət mərkəzidir. Elə buna görə də, Böyük Beynəlxalq Bazar burada yerləşir.
Urumçi bazarı SUMB ərazisində yerli malların ən böyük pərakəndə və topdansatış mərkəzidir. Mübaliğəsiz demək olar ki, bura həqiqətən hər şeyi ala biləcəyiniz böyük bir bazardır. Təsəvvür edin ki, Böyük Beynəlxalq Bazar 40 min kvadratmetr ərazini əhatə edir. Bazar sahəsi ilə yanaşı digər obyektlərin də daxil olduğu kompleksin ümumi sahəsi 100 min kvadratmetrdir. Onu tamamilə gəzib qurtarmaq, demək olar ki, mümkün deyil.
Bazar 2003-cü ilin iyununda açılıb. O bir növ Çin və Mərkəzi Asiya mədəniyyətlərinin İslam memarlığı və müasirlik notları ilə qarışığıdır. Belə başa düşdüm ki, o sadəcə bazar deyil, yerli sənayenin, mədəni xüsusiyyətlərin və ənənələrin, eləcə də qastronomiyanın nümayişi platformasıdır. Burada çoxlu turistlər, alıcılar, eləcə də sadəcə baxmaq üçün ekskursiyaya gələnlər var. Burada çox şey görmək mümkündür. Bazarda gözünüz önündə unikal əl işi olan məhsulların hazırlandığı emalatxanalar açılır: tikmələr, milli papaqlar, geyimlər, yerli musiqi alətləri və s.
Artıq Urumçinin simvoluna çevrilən 80 metr hündürlüyündəki müşahidə qülləsi diqqəti cəlb edir. Sovet terminologiyası ilə desək, yerli “obpit”i nəzərdən qaçırmaq mümkün deyil. Burada Çinin 56 millətinin mətbəxinə aid yeməkləri dadmaq olar.
Artıq qeyd etdiyim kimi, Urumçi çox cəlbedici təbiət mənzərələri ilə əhatə olunub. Çoxlu gözəl yerlər olsa da, ziyarət etdiyimiz Tyançi gölündən danışmaq istəyirəm. Urumçidən təxminən iki saatlıq məsafədə, Tyan-Şan Milli Parkındakı yüksək dağlarda yerləşir.
Gölün adı "səmavi göl" kimi tərcümə olunur və onu Tyan-Şan mirvarisi də adlandırırlar. Çin ənənəsinə görə, əşya və hadisələrə sadə adlar vermək adət deyil, onlar poetik və ahəngdar olmalıdır. Səmavi göl Tyançi aypara şəklindədir və meşəlik dağlarla əhatə olunan sönmüş vulkanın kraterində yerləşir.
Göldəki suyun rəngi hava şəraitindən və günəş şüalarının sınma bucağından asılı olaraq dəyişir. Göl axşam saatlarında xüsusilə gözəldir. Təəssüf ki, təsvir olunan füsunkar mənzərəyə şahid ola bilmədik, amma göl gündüzlər də ətrafdakı meşələr, qarlı zirvələr və alp çəmənlikləri kimi gözəl idi...
Seymur Məmmədov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

525ci qəzet Çin, Orta Asiya və Avropanı birləşdirən qovşaq Urumçidən reportaj
19 Noyabr 2024 15:02
Naxçıvanın büdcəsi azaldıldı
31 Dekabr 2024 15:26
Naxçıvanın əhalisi artıb
16 Dekabr 2024 14:50
Naxçıvanın Azərbaycan həsrəti
15 Aprel 2025 18:31
Naxçıvanın yeni icra başçısı KİMDİR...
04 Noyabr 2024 17:52