Icma.az
close
up
RU
Naxçıvanlı alimin əsəri “Clarivate” tərəfindən nəşr olundu

Naxçıvanlı alimin əsəri “Clarivate” tərəfindən nəşr olundu

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Surə Seyidin “Naxçıvanda mətbuat tarixi (“Şərq qapısı” qəzetinin materialları əsasında)” adlı əsəri  “ProQuest” (Clarivate) tərəfindən nəşr olunub.

525.az xəbər verir ki, əsər “Web Of Science” tərəfindən indeksləşdirilib və WOS platformasına inteqrasiya olunub. Beynəlxalq elmi bazaya yerləşdirilən əsər, nəşr olunaraq çap formatında da müəllifə göndərilib.

“Clarivate” şirkəti “ProQuest”, “Ex Libris”, “Innovative”, “Web of Science” və digər aparıcı elmi-tədqiqat, təhsil və biblioqrafik məlumat bazalarını birləşdirən və indeksləşdirən dünyanın tanınmış iki elmi bazasından biridir.

“Clarivate” şirkətinin bir qolu olan “ProQuest” - Dissertasiyalar və Tezislərə Sitat İndeksi (PQDT) dünyanın minlərlə universitetinin dissertasiya və tezislərini, o cümlədən 5,5 milyondan çox mənbəni əks etdirən dünyanın ən əhatəli çoxşaxəli dissertasiya və tezislər toplusudur.

1600-cü illərin əvvəllərindən bu günə qədər uzanan elmi mənbələrə istinad edən PQDT-nin əhatə dairəsi multidissiplinardır və təbiət elmləri, riyaziyyat, komputer elmləri, mühəndislik, sosial elmlər və humanitar elmlərdə təməl tədqiqatları əhatə edir.

“ProQuest” 1938-ci ildə “Eugene Power” tərəfindən Universitet Mikrofilmləri kimi əsası qoyulmuş Miçiqanda yerləşən qlobal informasiya-məzmun və texnologiya şirkətidir.

“ProQuest” öz proqramları və kitabxanalar üçün məlumat xidmətləri ilə tanınır, platforma dissertasiyalara, tezislərə, elektron kitablara, tarixi kolleksiyalara, hökumət arxivlərinə, mədəniyyət arxivlərinə və digər ümumiləşdirilmiş verilənlər bazalarına çıxışı təmin edir. Bu məzmunun təxminən 125 milyard rəqəmsal səhifəsi olduğu təxmin edilir.

1 dekabr 2021-ci ildə “Clarivate Cambridge” İnformasiya Qrupundan “ProQuest”i 5,3 milyard dollara satın aldı və bu sövdələşmə "kitabxana və informasiya nəşri dünyasında ən böyük bir sövdələşmə" olaraq tarixə düşdü.

13 iyul 2023-cü ildə “ProQuest” platforması “Web of Scienc”lə inteqrasiyasını elan etdi. Bu inteqrasiya tədqiqatçılara 5,5 milyondan çox qlobal dissertasiya və tezislərin geniş multidissiplinar kolleksiyasına tez və asan giriş əldə etməyə imkan verdi. “Clarivate” 60+ ölkədən 4100-dən çox “ProQuest” Dissertasiyaları və Tezislərini “Web of Science” ilə birləşdirdi. Bu inteqrasiya ilə “Web of Science” jurnal məqalələri, tədqiqat məlumatları, patentlər və preprintlərlə yanaşı milyonlarla dissertasiya və tezislərin aşkar edilməsini təmin etmək üçün zənginləşdirildi. Tədqiqatçılar öz “Web of Science” Tədqiqatçı Profilində dissertasiya və ya tezislərini əlavə edərək, öz elmi nailiyyətlərini nümayiş etdirə bilərlər.

Hazırda “ProQuest” - Dissertasiyalar və Tezislərə Sitat İndeksi platforması daxilində jurnallar, preprintlər və digər elmi mənbələrlə hərtərəfli tədqiqat təcrübəsi təklif edir. Artıq çox sayda verilənlər bazasında axtarış aparmaq ehtiyacı aradan qalxıb ki, bu da,  tələbələr və tədqiqatçılar üçün sadələşdirilmiş iş prosesi təmin edərək, onların akademik uğurlarını asanlaşdırır və elmi fəaliyyətlərində irəliləyişlərinə təkan verir.

Qeyd edək ki, bugünədək “ProQuest” platformasında Azərbaycandan 326 elmi əsər yerləşdirilib, Surə Seyidin əsəri isə 2025-ci ildə Azərbaycandan bazaya yerləşdirilmiş və indeksləşmiş ilk elmi əsərdir. Bu nəşr Azərbaycan Milli Mətbuatının 150 və Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə Elm günündə edilmiş böyük töhfədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Mart 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri