Naxçıvanlı atlet Prezident kubokunu qazandı FOTO
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dekabrın 21-i Qəbələ şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qürurla irəli” şüarı altında Prezident kuboku uğrunda 12 kilometr məsafəyə qaçış yarışı keçilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, iştirakçılar Heydər Əliyev parkından (Həzi Aslanov küçəsi) başlayaraq Laza kəndi istiqamətinə, sonra isə geriyə - start-finiş nöqtəsinə doğru irəliləyiblər.
Turnirdə ümumi, eləcə də 40+, 50+ və 60+ yaş kateqoriyaları üzrə kişi və qadın idmançılar mübarizə aparıblar.
Yarışa Naxçıvan Muxtar Respublikasından qatılan və kişilər arasında mübarizə aparan Əmrah Nağıyev məsafəni 00:43:56 vaxt göstəricisi ilə tamamlayaraq qalib olub.
İdmançı kişilər arasında birinci yerə sahib çıxan Ə.Nağıyevə qızıl medal, diplom, pul mükafatı və Prezident kuboku təqdim olunub.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 21 Dekabr 2025 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















