Icma.az
close
up
RU
“Vinnipeq” Prezident kubokunu qazandı

“Vinnipeq” Prezident kubokunu qazandı

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müntəzəm çempionat sona yaxınlaşdıqca bir-birinin ardınca Stenli kuboku uğrunda mübarizə aparacaq komandalar müəyyənləşir.

Şənbə günü “San-Xose”ni məğlub edən “Edmonton” da belələrinin sırasına qoşuldu. Ardıcıl 6-cı dəfə pley-offda oynayacaq “neftçilər”in ötən mövsüm finalda “Florida”ya uduzduğunu da xatırladaq. Xatırladaq ki, pley-off mərhələsinin oyunları aprelin 19-da start götürəcək.
Bu arada müntəzəm çempionatda ən çox xal toplayan komandaya verilən Prezident kuboku da sahibini tapıb. “Vaşinqton” dünən “Kolambus”a uduzandan sonra kubokun “Vinnipeq”ə çatacağı dəqiqləşib. Axı paytaxt klubu heç bir halda 114 xalla Qərb konfransının zirvəsində qərarlaşan Kanada təmsilçisinə çata bilməyəcək. “Vinnipeq” tarixində ilk dəfə Prezident kubokunun qalibi olub. Ümumiyyətlə, Kanada klubları 2011/12 mövsümündən bəri ilk dəfə bu mükafata yiyələndi. Sonuncu belə uğur “Vankuver”in adı ilə bağlı idi.
“Vaşinqton”, daha dəqiqi, Aleksandr Oveçkin ilə bağlı da yeni xəbər var. Məhz rusiyalı ulduz dünən “Kolambus”a uduzan komandasının yeganə qolunu vurdu. Oveçkin müntəzəm çempionatda qol sayını 896-ya çatdırmaqla yanaşı, MHL karyerasında 184-cü qapıçını məyus etdi. Onun növbəti qurbanı Cet Qrivz oldu.
“San-Xose” ilə ev oyunu “Edmonton”un hücumçusu Konnor Makdevidin karyerasına yazıldı. 28 yaşlı kanadalı 4 qolun məhsuldar ötürməsini verdi. Onun hesabında artıq “neftçilər”in heyətində 4 və daha artıq məhsuldar ötürmə verdiyi 11 oyun var. Makdevid klub tarixində bu göstəricidə yalnız əfsanəvi Ueyn Qretskiyə (50) uduzur.
12 aprel
Nyu-Cersi – Pittsburq 2:4 (2:1, 0:1, 0:2)
Ottava – Monreal 5:2 (2:0, 2:2, 1:0)
Tampa-Bey – Detroyt 3:4 ОТ (1:0, 1:2, 1:1, 0:1)
Edmonton – San-Xose 4:2 (2:1, 0:1, 2:0)
Kalqari – Minnesota 4:2 (1:0, 2:0, 1:2)
Filadelfiya – Aylenders 4:3 Б (0:0, 1:2, 2:1, 0:0, 1:0)
Kolambus – Vaşinqton 7:0 (3:0, 3:0, 1:0)
Karolina – Reyncers 7:3 (2:0, 2:1, 3:2)
Los-Anceles – Kolorado 5:4 (2:1, 2:1, 1:2)
13 aprel
Florida – Baffalo 3:2 Б (0:1, 2:0, 0:1, 0:0, 1:0)
Çikaqo – Vinnipeq 4:5 Б (2:0, 0:2, 2:2, 0:0, 0:1)
Toronto – Monreal 1:0 ОТ (0:0, 0:0, 0:0, 1:0)
Dallas – Yuta 3:5 (1:1, 2:3, 0:1)
Sietl – Sent-Luis 4:3 Б (0:0, 1:0, 2:3, 0:0, 1:0)
Vankuver – Minnesota 2:3 ОТ (1:0, 1:0, 0:2, 0:1)
Veqas – Neşvill 5:3 (0:1, 3:0, 2:2)
Nyu-Cersi – Aylenders 0:1 (0:0, 0:1, 0:0)
Ottava – Filadelfiya 4:3 ОТ (0:0, 1:2, 2:1, 1:0)
Pittsburq – Boston 1:4 (0:1, 1:2, 0:1)
14 aprel
Karolina – Toronto 1:4 (0:1, 0:1, 1:2)
Tampa-Bey – Baffalo 7:4 (1:2, 4:0, 2:2)
Vaşinqton – Kolambus 1:4 (1:1, 0:1, 0:2)
Vinnipeq – Edmonton 1:4 (0:0, 1:2, 0:2)
Anahaym – Kolorado 2:4 (1:0, 1:0, 0:4)
Kalqari – San-Xose 5:2 (2:1, 0:1, 3:0)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Aprel 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see386

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see344

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see340

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see309

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see302

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see279

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see258

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see248

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see197

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see179

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see168

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri