Naxçıvanlı cüdoçular Türkiyədə keçirilən beynəlxalq turniri 8 medalla tamamlayıblar
Azertag saytına istinadən Icma.az xəbər verir.
Naxçıvan, 28 avqust, AZƏRTAC
Türkiyənin Samsun şəhərində beynəlxalq Qaradəniz cüdo çempionatı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, beynəlxalq yarışda məşqçi Xəyal Qəhrəmanovun rəhbərliyi ilə Naxçıvan Uşaq Gənclər-İdman Məktəbindən 1 qız və 8 oğlan cüdoçu iştirak edib.
Təmsilçilərimiz 6-sı qızıl, 1-i gümüş, 1-i bürünc olmaqla, ümumilikdə 8 medal qazanıblar. Bu göstəricilər komanda hesabında da müsbət təsirini göstərib. U-13 yaş qrupunda birincilik, U-15 yaş qrupunda isə üçüncülük əldə olunub.
Yarışda İlham Nəcəfov (2013–2014, 23 kq), Şahin Quliyev (2013–2014, 26 kq), Ziya Əsədli (2013–2014, 30 kq), Ayaz Əliyev (2013–2014, 30 kq), Pərvin İsmayılov (2013–2014, 38 kq) və Yusif Əsədli (2010–2011, 55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
Digər idmançılardan Sübhan Əkbərov (2013–2014, 23 kq) gümüş, Mürsəl Qafarlı (2013–2014, 26 kq) isə bürünc medalla kifayətlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 28 Avqust 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















