Icma.az
close
up
RU
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb

“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 19-da “Naxtel” MMC-nin fəaliyyətinin dayandırılması və abunəçilərin digər mobil operatorlara miqrasiyası uğurla başa çatdırılıb.

Bu genişmiqyaslı layihə Azərbaycan telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi  (İKTA)  və bazar iştirakçılarının səmərəli əməkdaşlığı nəticəsində abunəçi məmnuniyyəti prinsipi əsasında həyata keçirilib.

Layihə çərçivəsində İKTA, “Naxtel”, yeni abunəçiləri qəbul edən mobil operatorlar “Azercell” MMC, “Bakcell” MMC və “Azerfon” MMC, həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC vahid əməliyyat komandası kimi fəaliyyət göstərərək texniki sistemlərin uyğunlaşdırılması və şəbəkələrarası inteqrasiyanın təmin edilməsi üçün zəruri tədbirlər həyata keçiriblər. İKTA tərəfindən iştirakçılar arasında fasiləsiz kommunikasiya və operativ qərarvermə mexanizmi təmin olunub.

105 mindən çox “Naxtel” abunəçisinin digər mobil operatorların şəbəkələrinə keçidi müvəffəqiyyətlə həyata keçirilib və bu prosesin 15.01.2026-ci il tarixindək davam etdirilməsi planlaşdırılıb. Bu proses çərçivəsində abunəçilərin istifadəsində olan “060” prefiksli mobil nömrələr tam şəkildə qorunub saxlanılıb. Bu yanaşma abunəçilərin nömrə tanınmasının və gündəlik rabitə vərdişlərinin qorunmasına hədəflənib.

Bununla yanaşı, qəbul edən mobil operatorlar tərəfindən “Naxtel” abunəçiləri üçün xüsusi tarif paketləri tətbiq olunub, bu paketlərin formalaşdırılmasında abunəçilərin öyrəşdikləri tarif xərclərinin maksimum dərəcədə saxlanılması əsas götürülüb. Həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində telekommunikasiya infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Belə ki, fəaliyyət göstərən mobil operatorlar tərəfindən ilkin mərhələdə 30-dan çox yeni baza stansiyasının quraşdırılması təmin olunub. 

Miqrasiya prosesində ölkənin ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorlarının hər biri fəaliyyət istiqamətlərinə uyğun olaraq, texniki sistemlərin uyğunlaşdırılması və şəbəkələrarası inteqrasiyanın təmin edilməsi üçün vahid komanda kimi fəaliyyət göstərib. Texniki proseslərin problemsiz gedişatı və yarana biləcək çətinliklərin operativ həlli üçün İKTA tərəfindən  iştirakçılar arasında davamlı kommunikasiya təmin olunub.

Bütün proses boyu abunəçi hüquqlarının qorunması prioritet təşkil edib. Mobil operatorlar müştərilərlə aktiv ünsiyyət quraraq onları mərhələlər barədə məlumatlandırıb, İKTA isə bu prosesin şəffaflığını dəstəkləyib. Nəticədə, vətəndaşlar üçün keçid prosesi rahat və əlçatan olub.

Bu təcrübə Azərbaycanın telekommunikasiya bazarında operatorlar və tənzimləyici qurum arasında sağlam tərəfdaşlıq mühitinin mövcudluğunu, mürəkkəb və genişmiqyaslı layihələrin birgə səylərlə uğurla icra edilə biləcəyini nümayiş etdirir.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri