Icma.az
close
up
RU
Naxçıvanda mobil rabitə böhranı “Naxtel” niyə bağlandı?

Naxçıvanda mobil rabitə böhranı “Naxtel” niyə bağlandı?

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Osman Gündüz: “Milli rabitə infrastrukturunun birdən-birə sıradan çıxarılması ciddi narahatlıq doğurur”

Naxçıvanda uzun illər fəaliyyət göstərən və muxtar respublikanın ən ucqar yaşayış məntəqələrinə belə 4G mobil rabitə və internet xidməti təqdim edən “Naxtel” operatoru qəfil fəaliyyətini dayandıracağını elan edib. Operator müştərilərə digər mobil operatorlara keçməyənlərin nömrələrinin ləğv olunacağını bildirib. Bu qərar telekommunikasiya sahəsində çalışanlar arasında ciddi təəccüb doğurub.

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz “Naxtel”in bağlanması ilə bağlı məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Vasif Talıbov vəzifədən uzaqlaşdırıldıqdan sonra ona məxsus olduğu deyilən “Naxtel”in taleyi ilə bağlı uzun müddət qapalı müzakirələr aparılırdı. Hətta “Azercell” tərəfindən şirkətin satın alınacağı ilə bağlı məlumatlar yayılmışdı. Lakin birdən-birə bu qədər mühüm infrastrukturun sıradan çıxarılması ciddi narahatlıq doğurur.

Ekspertin sözlərinə görə, “Naxtel” Naxçıvanda ən geniş əhatəyə malik operator idi və 4G xidməti ilə ucqar kəndlərdə belə sabit rabitə təmin edirdi: “Hazırda “Azercell”, “Bakcell” və “Nar” yalnız şəhər və rayon mərkəzlərində fəaliyyət göstərə bilir. “Naxtel”in bağlanması ilə bir çox kəndlərdə insanlar rabitəsiz qalacaq, yaxud mobil telefonlarında ‘İrana xoş gəlmisiniz’ mesajı ilə qarşılaşacaqlar.”


Gündüz xatırladır ki, Naxçıvanın Ermənistanla sərhədi dağlarla əhatəlidir və uzun illər İran tərəfindən bölgənin informasiya məkanına müdaxilələr olub. Lakin “Naxtel”in baza stansiyaları gücləndirildikdən sonra bu müdaxilələrin qarşısı müəyyən qədər alına bilmişdi.

 “İndi isə “Azercell”, “Bakcell” və “Nar”ın zəif infrastrukturu ilə bölgənin informasiya təhlükəsizliyi necə təmin olunacaq?” – deyə o sual edir.

Ekspert həmçinin vurğulayıb ki, bu qədər böyük operatorun bazardan çıxmasına baxmayaraq, İKTA-nın (İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafına cavabdeh qurum) prosesdə heç bir rol oynamaması təəccüblüdür: “Belə koordinasiyasız qərarlar yalnız tənzimləyici orqanı olmayan ölkələrdə mümkündür. Əgər sektorda bu cür spontan addımlar atılacaqsa, o zaman İKTA nəyə lazımdır?”

Osman Gündüz qeyd edib ki, Naxçıvan kimi strateji əhəmiyyətli bir bölgədə dayanıqlı rabitə infrastrukturunun birdən-birə sıradan çıxarılması, əhalinin hansı operatora keçəcəyini bilməməsi, mobil cihazlarda hansı ölkənin operatoru tərəfindən qarşılanacağını düşünməsi qəbulolunmazdır: “Bəlkə də “Naxtel”in infrastrukturu dağıdılmadan bu məsələni mərhələli şəkildə həll etmək mümkün idi. Burada söhbət təkcə rabitədən deyil, həm də milli təhlükəsizlikdən gedir.”

Ekspert vurğulayıb ki, qərarverici şəxslər bölgənin strateji və təhlükəsizlik aspektlərini nəzərə almalıdır. Onun fikrincə, “Naxtel”in bağlanması Naxçıvan əhalisinin mobil rabitəyə çıxışını və ölkənin informasiya təhlükəsizliyini ciddi şəkildə təhlükə altına atır.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:319
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Sentyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri