Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Yaşar Nurinin qızı dünyasını dəyişib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Nazife Güngör: Jurnalistin işi duyğu ötürmək deyil, bilgiləndirməkdir

Nazife Güngör: Jurnalistin işi duyğu ötürmək deyil, bilgiləndirməkdir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Arabesk musiqisinin sevilən sənətçilərindən olan və "Güllü" adı ilə tanınan Gül Tut yaşadığı evin eyvanından yıxılaraq həyatını itirdi. Bu, zamansız bir ölüm idi, həm təəccüb, həm də kədər doğurdu. Səsi, mahnıları və ifa tərzi ilə Türk populyar musiqisinə böyük töhfələr vermişdi. Ardında dərin bir kədər buraxaraq bu dünyanı tərk etdi. Allah rəhmət eləsin, əziz Güllü.

 Güllü arxasında saysız cavabsız suallar qoyaraq dünyadan köçdü. Görəsən o, necə oldu ki, eyvandan yıxıldı? Bu, bir qərar idimi, qəza idimi, yoxsa cinayət? Cəmiyyət bu cavabsız suallarla çalxalanır. Amma mediamızın dəyərli nümayəndələri hər zamankı kimi bu hadisəni dərhal "aydınlatmağa" müvəffəq oldular. Sənətçinin ölüm xəbəri yayılan kimi bəzi media nümayəndələri bunu qəti şəkildə cinayət kimi təqdim etməkdən çəkinmədilər. Ölkədə qadın cinayətlərinin artmasını əsas gətirərək bu hadisəni birbaşa o kontekstdə qiymətləndirdilər. Əslində haqsız da deyillər – bu ölkədə hər gün bir qadının qətlə yetirilməsi artıq adi hala çevrilib. Belə bir vəziyyətdə ilk olaraq insanın ağlına bu ehtimal gəlir – xüsusən də əgər qadınsınızsa.

Amma bir jurnalist gördüyünü, ağlına ilk gələn şeyi yazmalıdırmı? Yoxsa əvvəl araşdırmalı, faktları toplamalı, daha sonra isə bu faktlardan çıxış edərək xəbərini formalaşdırmalıdır? Jurnalisti digərlərindən fərqləndirən əsas cəhət də məhz budur. Jurnalist hadisənin mənbəyinə enməli, məlumat toplamalı, sonra isə bu məlumatlara əsaslanaraq ictimaiyyəti bilgiləndirməlidir. Jurnalist, digərlərindən fərqli olaraq, içində yaşadığı cəmiyyətlə emosional yox, rasional və analitik bağ qurmağı bacarmalıdır ki, problemin həllinə də töhfə verə bilsin. Jurnalist bir növ fikir lideridir. O, cəmiyyəti maarifləndirməli, məlumatlandırmalıdır. Buna görə də digər insanlara nisbətən daha təmkinli, rasional, soyuqqanlı və məsafəli bir mövqe nümayiş etdirməlidir ki, doğru informasiyaya çata bilsin. Amma təəssüf ki, bizim media nümayəndələrimiz hadisələr qarşısında tez həyəcanlanır, nəticəyə tələsir və hökm verməyə meyllidirlər.

Güllünün ölümü bir daha göstərdi ki, media nümayəndələrimiz hadisələrə qarşı ön mühakiməli, emosional yanaşır, qərəzli davranır və tez nəticə çıxarmağa meyllidirlər.

Onlar ön mühakiməlidirlər, çünki dünyada və ya cəmiyyətdə baş verənlərə qarşı formalaşmış ümumi münasibətləri, baş verən hər hadisəyə baxışlarında dominant rol oynayır. Şübhəsiz, ümumi mövqe vacibdir. Nə də olsa, jurnalist də insandır və bir intellektual olaraq yaşadığı cəmiyyətə qarşı müəyyən mövqe və baxış bucağına sahib olması təbiidir. Lakin jurnalist hadisələrə və vəziyyətlərə qarşı heç olmasa ilk mərhələdə neytral yanaşmalı, hazır şablonlarla deyil, hər hadisəyə özünəməxsus kodlarla yanaşmalıdır. Hadisənin ümumi kontekstlə əlaqəsi araşdırılmalıdır, lakin eyni zamanda onun spesifik tərəfləri də nəzərə alınmalıdır.

Bəli, jurnalist də insandır və təbii ki, onun da hissləri var. İçində yaşadığı cəmiyyətə emosional bağlılıq qurması da normaldır. Amma hadisələrə və situasiyalara yanaşarkən, xüsusilə ilkin mərhələdə, duyğularından maksimum şəkildə uzaq durması doğru və obyektiv məlumat üçün vacibdir. Güllü hadisəsində bəzi jurnalistlərin intihar, digərlərinin isə cinayət versiyasını önə çəkməsi və "bu, qətidir" tərzində xəbərlər yayması da məhz bu emosional reaksiyanın nəticəsidir. Sənətçinin çətin həyat mübarizəsi, yaşamağa gücünün qalmaması və həyatla vidalaşması ilə bağlı aparılan şərhlərin çoxu jurnalistin hadisəyə emosional yanaşmasının nəticəsidir. Hətta bu versiya doğru olsa belə, dəqiq sübutlar olmadan bunu yazmaq jurnalistikanın prinsiplərinə ziddir.

Bəzi jurnalistlər isə hadisəni birbaşa alkoqolla əlaqələndirməkdən çəkinmədilər. Bu da mümkündür. Lakin hadisənin necə baş verdiyinə dair heç bir sübut, heç bir rəsmi açıqlama yox ikən bu qədər qətiyyətlə danışmaq jurnalistikanın etik qaydalarına uyğun deyil. Tutaq ki, o axşam sənətçi alkoqol qəbul etmişdi – axı bu, onun həyatında ilk deyildi, ilk dəfə evində əyləncə təşkil etmirdi. Üstəlik, bu barədə də heç bir sübut yoxdur. Güllünün həmin axşam evində nə etdiyinə, kimlərlə bir yerdə olduğuna dair ortada heç bir informasiya yoxkən, alkoqol və əyləncə üzərindən qurulan ssenarilərin media vasitələrində paylaşılması jurnalist etikası baxımından ciddi şəkildə müzakirə olunmalıdır. Bir insanın həyat tərzini, şəxsi həyatını və hadisənin təfərrüatlarını bilmədən, hazır ön mühakimələrlə yazmaq və danışmaq jurnalistikaya yaraşarmı?

Güllü hadisəsi təkcə bir nümunədir. Təəssüf ki, media nümayəndələrimiz baş verən hər bir hadisəyə ön mühakimə, hazır qəliblər, cəmiyyətlə qurduqları emosional və ruhani münasibət, düşüncə və ideoloji mövqelər əsasında yanaşmaqdan çəkinmirlər. Bu səbəbdən də cəmiyyətlə aralarındakı əlaqə məlumat ötürməkdən daha çox duyğu paylaşımına çevrilir. Halbuki jurnalistin əsas işi məhz məlumat vermək olmalıdır.

Mövzunu bir qədər daha ümumiləşdirmək üçün bu sualı verək: bu gün gəldiyimiz nöqtədə mediamızın əsas məqsədi cəmiyyəti məlumatlandırmaqdır, yoxsa müəyyən güc mərkəzlərinə dəstək mesajı göndərmək? Təəssüf ki, ikinci ehtimal daha ön planda görünür.

Əslində isə jurnalistin əsas işi cəmiyyətə doğru məlumat ötürməkdir. Cəmiyyətdə həyəcan yaratmaq üçün duyğuları paylaşmaq əvəzinə, cəmiyyətin inkişafına töhfə vermək üçün bilgi paylaşmaq jurnalistin əsas vəzifəsi olmalıdır. Digər tərəfdən, müəyyən güc mərkəzlərinə xoş görünmək üçün ideoloji mesajlar ötürmək əvəzinə, jurnalist tərəfsiz duruş nümayiş etdirərək məlumat paylaşmalı, cəmiyyətdə sağlam düşüncənin və ictimai həssaslığın inkişafına xidmət etməlidir. Bu isə əlbəttə ki, zəhmət tələb edir. Araşdırmaq, oxumaq, yazmaq və əmək sərf etmək lazımdır. Amma hadisələrə hazır qəliblərlə, əvvəlcədən formalaşmış hökmlərlə yanaşmaq jurnalistin işini asanlaşdırır. Belə olan halda isə artıq bu fəaliyyətin adı jurnalistika olmur.

Digər tərəfdən, hər bir peşənin özünəməxsus mədəniyyəti var və bu mədəniyyətin inkişafı üçün ümumi ictimai mühitin əlverişli olması vacibdir. Jurnalistika peşəsinin də özünəməxsus bir mədəniyyəti var. Peşənin öz xarakterinə uyğun şəkildə icra olunması üçün bu mədəniyyətin formalaşması şərtdir. Bu isə yalnız ümumi sistem daxilində uyğun struktur və funksional şərtlərin yaranması ilə mümkündür.

Nazife GÜNGÖR

Türkiyənin Üsküdar Universitetinin rektoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see16895

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1002

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see248

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see220

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see143

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see141

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see137

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see135

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see134

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see130

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see129

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see127

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see127

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see126

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see125

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see125

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see124

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see122

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri