Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Nazife Güngör: Ekoloji böhran bəşəriyyət böhranıdır

Nazife Güngör: Ekoloji böhran bəşəriyyət böhranıdır

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Müasir dünyamızda müxtəlif böhranlarla iç-içə bir həyat yaşamağa çalışırıq. Bəşəriyyət olaraq xoşbəxt ola biləcəyimiz, dinc bir həyat sürə biləcəyimiz bir dünya qurmağı bacarmadıq. Dünyamızı zorakılıq, dava və qanla bəzədik. Bu səbəbdən həyatda çabalayıb dururuq. Yaşamırıq, açıq şəkildə həyatla mübarizə aparırıq. Sonra yalan dünya, həyat bir imtahandır, insan fanidir və s. söyləmlərlə öz uğursuzluğumuzu örtbasdır etməyə çalışırıq. Həyat əlbəttə ki, hər birimiz üçün müvəqqətidir, amma eyni zamanda davamlılığı var. Bəziləri gedərkən başqaları gəlir. Beləliklə, həyata yalnız özümüzə fokuslanaraq baxmaq kimi bir haqqımız ola bilməz. Bütövlük içində baxmaq lazımdır. Hər birimizin qatacağı bir dəyər, verəcəyi bir töhfə bütün bəşəriyyət üçün önəmlidir. Amma o qədər laqeydik, o qədər eqoistik ki, yalnız öz rahatlığımızı düşünərkən bəşəriyyətə zərər verdiyimizin fərqində belə deyilik. Bu səbəbdən də böhranlarla iç-içə bir həyatla mübarizə aparırıq. Rahatlığımız, hüzurumuz yoxdur bu dünyada.

Bu böhranlardan ən narahatedici olanı bəlkə də ekoloji tarazlığın pozulmasıdır. Öz rahatlığımız üçün parçası olduğumuz təbiətə o qədər zərər verdik ki, təbiətin demək olar ki, bütün tarazlığı pozuldu. Bizə can verən, bəsləyən, böyüdən təbiəti biz görməzdən gəldik. Onun bir parçası olduğumuzu unudaraq ona müharibə açdıq. İnkişaf etdirdiyimiz texnologiyaları ona qarşı istifadə edərək onunla başa çıxmağa çalışdıq. Hədəfimizə də böyük ölçüdə çatdıq. Ağacların yerinə hündür binalar tikdik. Yaşılın yerinə bozi üstün tutaraq, hər yeri betonlaşdırdıq. Tozdan-torpaqdan qurtulduq. Küçələr, yollar par-par parıldayır. Binaların lampaları, vitrinlərin parıltısı üzümüzdə əks olunur, amma gözlərimizin nurunu canlandırmağa yetmir. İçimiz kədərlə doludur çünki. İliyimizə qədər içimizi bürüyən narahatlıqdan yorğun düşdük hər birimiz. Bu səbəbdən gözlərimizdə işıq yoxdur. Təbiəti məhv edərkən öz-özümüzü, insanlığımızı məhv etdiyimiz ağlımıza gəlmədi. Təbiətlə mübarizə apararkən sən demə öz-özümüzlə mübarizə aparmışıq. Sonda bütün tarazlıqları pozduq.

Beləliklə, bu gün qarşılaşdığımız ekoloji riskin kök səbəbini özümüzdə, insanlığın pozulmasında axtarmaq lazımdır. Ekoloji tarazlığın pozulması, insanın daxili tarazlığının pozulması ilə başlayır. İnsanlığın, parçası olduğu təbiətə yadlaşması, eyni zamanda özünə yadlaşması deməkdir. Təbiət sevgisinin yox olması, insan sevgisinin yox olmasının başlanğıcıdır. Belə ki, müasir dünyamızda bunu çox açıq şəkildə görürük.

İnsanlıq təbiətə müharibə açdığı andan etibarən ekoloji tarazlığın pozulmasına dair siqnalları verməyə başlamışdı. Zaman içində öz inkişaf etdirdiyi texnologiyalara o qədər heyran qaldı ki, get-gedə onların əslində öz ağlının məhsulu olduğunu belə unutdu. Bununla da özündən get-gedə uzaqlaşmağa, öz ağlını və bacarıqlarını görməzdən gəlməyə başladı. İnsan, öz məhsulu olan texnologiyaya və maddəyə dəyər ötürərkən öz-özünü dəyər eroziyasına uğratdığının fərqinə belə varmadı. Beləliklə insanlıq böhrana girməyə başladı. Bu gün insanlıq üçün böyük bir təhdid halına gələn ekoloji böhranın əsl səbəbi də budur.

Azərbaycanın Bakı şəhərində 5-6 Noyabr 2024 tarixlərində, beynəlxalq səviyyədə keçirilən simpoziumda da ekoloji böhran mövzusu ətraflı şəkildə müzakirə edildi. COP29 çərçivəsində, Western Caspian Universiteti tərəfindən həyata keçirilən simpoziuma dünyanın müxtəlif ölkələrindən alimlər qatıldı və ekoloji böhran çox fərqli tərəfləri ilə müzakirə edildi. İnsanlığın təbiətə qayıtması, təbii həyatla yenidən yaxınlaşmasına toxunuldu. Dağların, dağda yaşam mədəniyyətinin ekoloji tarazlıq baxımından əhəmiyyəti vurğulandı. Təbii bitki örtüyünün qorunmasına, botanik tarazlığın təmin edilməsinə ehtiyac olduğu bildirildi. Şüşələrlə örtülü hündür binaların qlobal istiləşməyə təsiri müzakirə edildi. Suyun və torpağın uyğunluğunun yenidən təmin edilməsinə işarə edildi.

Mən də simpoziuma təqdim etdiyim məruzədə ekoloji böhranın insanın və insanlığın pozulan tarazlığı ilə əlaqəli olduğu nöqtəsinə vurğu etdim. İnsanın öz zehni, ruhi, emosional, koqnitiv və fiziki koordinasiyasını təmin etməkdə çətinlik çəkməsi, onun ekoloji tarazlığının pozulması deməkdir. Müasir dövrün xüsusilə də maddi yönümlü kapitalist dünyasında özündən maddəyə dəyər ötürən insan özünə, sosial mühitinə və parçası olduğu təbiətə yadlaşır. Bununla da öz içində bütövlüyü pozulan insandan təbiətə, təbiətdəki digər canlılara, kürənin ümumi problemlərinə həssas olmasını gözləmək çox da mümkün görünmür.

Bu qədər dağıntıdan sonra problemin həlli heç də asan deyil. Lakin zərərin harasından dönülsə qazancdır prinsipindən çıxış edərək daha çox gecikmədən məlumatlılığı artırmaq üçün səy göstərmək lazımdır. Ən azından məlumatlılığı artırmaq üçün hərəkətə keçmək lazımdır. İnsanların əksəriyyətinin problemin ciddiliyinin fərqində olmadığı görünür. Beləliklə, ilk növbədə məlumatlılıq istiqamətində start vermək lazımdır. Buna, medianın diskurs sahəsini yenidən formalaşdıraraq başlamaq düzgün olar. Bunun üçün insana, insanı və təbiəti xatırladacaq, dağıntı, zorakılıq, nifrət əvəzinə sevgini, qorumağı, töhfə verməyi, çoxaltmağı xatırladacaq hekayələri üstün tutmaq problemin həlli üçün bəlkə də kiçik bir başlanğıc olar.

Dünyamıza, həyatımıza, insanlığımıza və təbiətimizə yenidən sahib çıxmaq üçün itirəcək daha çox vaxtımız yoxdur. Təhlükə böyükdür.

Nazife Güngör,
İstanbul Üsküdar Universitetinin rektoru, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Dekabr 2024 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri