Icma.az
close
up
RU
Nazilə Səfərli: “Xına aparıcısı viski içib, gəlin üçün “Quran”dan...”

Nazilə Səfərli: “Xına aparıcısı viski içib, gəlin üçün “Quran”dan...”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Gövhər xanım böyüklərindən nəyi eşidibsə, gələcək nəsillərə də onu aşılayır. Bu, hər bir normal vətəndaşın borcudur. Xına, toy, nişan, ad günü mərasimləri aparan şəxslərin özəl həyatı və əqidəsi heç kimə maraqlı deyil. Peşəkar olsun yetər. Lakin xınada özəllik ondan ibarətdir ki, xınanı yaxanda xeyir dua verirsən”.

"Cebheinfo.az" xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında tanınmış şairə və xına mərasimləri aparıcısı Nazilə Səfərli deyib.

O, qarmon ifaçısı Gövhər Rzayevanın boşanmış qadınların xına mərasimləri aparmaması ilə bağlı fikirlərinə haqq qazandırıb:

“Əgər sənin başın bütöv deyilsə, ailə sarıdan yarımamısansa, bu sənin günahın deyil. Amma insanların istəsək də, istəməsək də inancları var. Onlar inanırlar ki, dul, 2 dəfə ərə getmiş, övlad itirmiş və ya sonsuz bir qadın gəlinin əlinə xına yaxanda, onun yaşadıqları onların da övladının başına gələ bilər.

Bütün bunlar toy sahiblərinin öz fikirləridir. Orada xoşbəxt qadınlar da var axı. Kim öz övladına arzu edər ki, onun əri öldü, mənim balamın da əri ölsün? Əksinə hamı deyir ki, filankəs necə bəxtəvərdir. Mənim övladlarım da elə olsun. Biz yaxşı niyyətə kökləndiyimiz üçün Gövhər xanımın da sözlərində həqiqət var. Lakin bunun aparıcılıqla əlaqəsi yoxdur”.

Şairə bildirib ki, valideyn xeyir-duası ilə evlənməyən xanımlar toy sahiblərinə də hansısa nəsihəti verə bilməz:

“30 ildir evliyəm. Mənim ailəm, 2 hörmətli, izzətli balam, bir nəvəm var. Qaynanamın da qulluğunda dururam. Bu söhbələr mənə aid deyil. Kimə aiddirsə, o da dərhal çıxdı ortaya. Aparıcı aparıcılığını etsin. Pul alıb xına təşkil edirik. Heç vaxt ər qulluğunda durmayan qadın gedib toy sahibinə deyə bilməz ki, bala ərinə qulluq elə. Buna ixtiyarı çatmır. Özü qaynana qabağında durmayan, qapısına elçi gəlməyən qadınlar heç kəsə məsləhət verməməlidir.

Yarımamaq başqa şeydir. Bilirsən ki, telli-duvaqlı gəlin getməmisən. Sənə hörmət qoymayıblarsa belə, başqasının qızına xeyir-dua verə bilməzsən. Anan alından öpüb xeyir-dua verməyib, atan çıraq başında fırlatmayıb, belinə qırmızı lent bağlayıb qapından çıxartmayıblar. Qoşulub kiməsə getmisənə, başqasının qızına abır dərsi verə bilməzsən”.

Nazirə Səfərli “xınanı xoşbəxt qadınlar yaxmalıdır” fikrini dəstəkləyib:

“Nəsildə o qədər xoşbəxt xanımlar var ki, imkan verin evlənən xanıma da xınanı onlar yaxsın. Sən isə öz məclisini apar. Bu işə qazanmaq üçün girmisənsə, icazə ver xoşbəxt analar gənclərə xeyir-duanı versinlər. 

Elə xına aparıcısı tanıyıram ki, viskini içib, gəlin üçün “Qurani-Kərim”dən “Fələq” və “Nas” surələrini oxuyub. Ortalığa çıxmağa cəsarəti yox imiş deyə, belə bir şey edib. Qısası Gövhər xanım haqlıdır”.

Qeyd edək ki, tanınmış qarmon ifaçısı Gövhər Rzayeva bildirib xına mərasimlərini boşanmış, uşağı olmayan və subay xanımlar aparmamalıdır. Onun bu fikri müzakirələrə səbəb olub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Yanvar 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri