250 kq lıq ayı ABŞ sakininin zirzəmisində sığınacaq tapdı VİDEO
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Kaliforniya ştatında maraqlı və eyni zamanda gərgin hadisə baş verib. Altadena yaşayış məntəqəsində sakin Ken Consonun evinin zirzəmisinə təxminən 250 kiloqram çəkisi olan nəhəng ayı girmiş və bir aydan çox müddət oradan çıxmayıb.
Conson dərhal Kaliforniyanın Vəhşi Təbiət və Balıqçılıq Departamentinə müraciət edib. Departament ilkin olaraq evin yaxınlığında tələlər qurub, amma tələ kiçik bir ayını cəlb edib, nəhəng qonağı isə tuta bilməyib. Daha sonra yüksək səsli fitlər və digər qorxutma üsulları tətbiq edilsə də, ayı zirzəminin rahatlığından imtina etməyib.
Bu vəziyyət Milad bayramını da təsir edib - Conson bir neçə həftə boyunca stres içində yaşayıb və evin təhlükəsizliyi barədə narahat olub. Departamentin uğursuz cəhdlərindən sonra o, Ayı Liqası adlı ixtisaslaşmış qeyri-kommersiya təşkilatına müraciət edib.
Təşkilatın mütəxəssisləri qeyri-adi üsula əl atıblar: ayıya bitki yağı ilə doldurulmuş peyntbol topları atıblar. Maraqlısı odur ki, cəmi 20 dəqiqə sonra ayı zirzəmini tərk edib və ərazidən uzaqlaşıb.
Conson bundan sonra zirzəminin girişini ikiqat faner və qum torbaları ilə qoruyub, əlavə olaraq xüsusi elektrik döşəmə quraşdırıb. Bir müddət sonra ayı geri qayıtmağa çalışsa da, elektrik cərəyanından qorxaraq uzaqlaşıb və bir daha evi narahat etməyib.
Kənan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 11 Yanvar 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















