Icma.az
close
up
RU
Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Nazim Bəydəmirlinin səhətində çox ciddi sağlıq problemi yaranıb.”

Bu barədə Gununsesi.info-ya Hazırda həbsdə olan sabiq deputat, ekologiya məhbusu Nazim Bəydəmirlinin xanımı Fəridə Bəydəmirli deyib.

Onun sözlərinə görə, bir ay əvvəl boyun nahiyəsində yaranmış karbunkul (tükdibinin irinli iltihabı) nəticəsində formalaşan törəmə böyüyərək bərk kütləyə çevrilib. Həbsxanada aparılan ilkin müdaxilə nəticəsində proses daha da kəskinləşib və bu gün təcili cərrahi əməliyyata ehtiyac yaranıb.

F. Bəydəmirli bildirib ki, məsələ ilə bağlı artıq Ombudsman Aparatına elektron məktub ünvanlayıb, vəkili Aqil Layic isə rəsmi müraciət təqdim edib.

“Professor Adil Qeybulla ilə əlaqə saxlamışam. Əgər icazə verilərsə, özü şəxsən gedib əməliyyatı yerində aparmağa hazır olduğunu bildirib. Lakin indiyə qədər Nazimin səhhəti ilə bağlı etdiyim müraciətlərə ya 5-6 ay sonra baxılıb, ya da səthi yanaşılıb. Bu dəfə vəziyyət daha ciddidir. Əgər vaxtında müdaxilə olunmazsa, bu törəmə böyrəklərdə ciddi fəsadlara, hətta meningit kimi təhlükəli xəstəliyə səbəb ola bilər,” – deyə həyat yoldaşı əlavə edib.

O, həmçinin insan hüquqlarının qorunmasına məsul olan qurumlardan, xüsusilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevadan bu məsələyə dərhal reaksiya verilməsini və Nazim Bəydəmirlinin təcili cərrahi əməliyyatının təmin olunmasını tələb edib.

“Mən çox şey istəmirəm. Erməni məhbuslara göstərilən qayğı və nəzakəti də istəmirəm
Həyat yoldaşımın həyatı üçün təhlükə yaradacaq törəmənin vaxtında əməliyyat olunması üçün müraciətimə baxılmasını və adını böyük hərflərlə yazdıgımız Azərbaycan Respublikasının insan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevadan və digər səlahiyyətli orqanlardan tələb edirəm.”

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:25529
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Aprel 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

01 Avqust 2026 10:11see521

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see368

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see336

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

01 Avqust 2026 12:23see282

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see274

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

31 İyul 2026 21:33see234

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see213

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see208

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

01 Avqust 2026 00:25see179

COVID 19 dan sonra beyində gizli zədələnmənin səbəbi tapıldı

31 İyul 2026 21:37see177

Kartdan karta köçürmələr dəyişir: Yeni limitlər gəlir

01 Avqust 2026 00:40see176

Tez tez ah çəkirsiniz? Alimlər bunun səbəbini açıqladı

01 Avqust 2026 15:37see174

Donald Tramp: İrana çox sərt zərbə vuracağıq!

31 İyul 2026 21:49see172

Azərbaycan və İran gömrükdə yeni razılaşma imzaladı

01 Avqust 2026 01:57see169

Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər

01 Avqust 2026 01:59see168

Zelenski: Patriot raketləri mövcuddur, əsas məsələ siyasi qərardır

02 Avqust 2026 05:23see166

Olmayan İslam həmrəyliyimizin lakmus kağızı ...

02 Avqust 2026 01:12see162

Sabah İngiltərə klubundan futbolçu transfer etdi

01 Avqust 2026 22:07see158

Goranboyda ata oğlunu bıçaqlayaraq öldürüb

02 Avqust 2026 03:46see158

Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir

02 Avqust 2026 00:43see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri