Icma.az
close
up
RU
Nazim Hacıyev: Hollivudda çəkdiyimiz film insanlıq yaddaşını sənət vasitəsilə canlandıracaq

Nazim Hacıyev: Hollivudda çəkdiyimiz film insanlıq yaddaşını sənət vasitəsilə canlandıracaq

Icma.az, Azertag saytına istinadən bildirir.

İstanbul, 7 avqust, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Çorum vilayətinin Boğazkale rayonunda yerləşən və 8 min illik tarixə malik Hattuşa Antik Şəhərində, 119 il əvvəl başlanan arxeoloji qazıntılar hələ də davam edir.

Türkiyəli professor Feridun Tuna Hattuşa arxeoloji qazıntıları zamanı günümüzdən təxminən 3350 il əvvələ, yəni Hett dövrünə aid bir məzarda küplərin içində daş kitabə aşkarlayır. Bu kitabə əsasında türkiyəli arxeoloq, professor Ahmet Çelik “Hattuşaziti: Hattuşalı adam, Anadoludan eski bir elçi” adlı tarixi romanı qələmə alır.

Hazırda Hollivudun qlobal miqyasda ən təsirli layihələrindən bəzilərinə imza atmış, “Avatar” film şirkətinin prodüserlərindən biri olan tanınmış rejissor və prodüser Shavn Anthony Sequeiranın marağına səbəb olan bu əsər əsasında “SAS Movie Studios” tərəfindən “Hattuşalı adam” adlı tarixi epik filmin hazırlıqlarına start verilib.

Hititlər dövründə baş verən hadisələri əks etdirən bu roman, Firon Tutanhamonun ölümündən sonra, onun dul qalan xanımı, Misir kraliçası Ankhesenamenin, Hitit hökmdarı I. Şuppiluliumaya müraciət edərək ondan oğullarından birini özünə ər göndərməsini istədiyi tarixi məqamı canlandırır. Hökmdar bu müraciətin doğruluğunu araşdırmaq üçün elçi Hattuşazitini (Hattuşalı adam) Misirə göndərir və bununla da dramatik hadisələr zənciri başlayır.

Professor Ahmet Çelikin ssenarisi əsasında çəkiləcək filmdə əslən azərbaycanlı, Emmy mükafatlı rəssam və rejissor Nazim Hacıyev rejissor, baş rəssam və sənət rəhbəri kimi iştirak edir.

Nazim Hacıyev layihə ilə bağlı AZƏRTAC-a eksklüziv müsahibə verib.

-Nazim müəllim, tezliklə çəkilişlərinə start veriləcək “Hattuşaziti: Hattuşalı adam” adlı tarixi-bədii filmin rejissorlarından biri olaraq, bu layihənin mahiyyəti barədə oxucularımıza məlumat verərdiniz.

-Bu film mənim üçün olduqca xüsusi və mənalı bir layihədir. “Hattuşaziti: Hattuşalı adam”- qədim Anadolu torpaqlarının yaddaşını, Hitit sivilizasiyasının zəngin irsini beynəlxalq auditoriyaya çatdıracaq. Film, tarix, arxeologiya və insanlıq yaddaşını sənət vasitəsilə canlandıran epik bir əsər olacaq. Bu, sadəcə film deyil, həm də keçmişin bu günlə təmas nöqtəsidir.

-Filmin ssenarisi kimə məxsusdur və bu ideyanın yaranmasına nə səbəb oldu?

-Ssenari tamamilə professor Ahmet Çelikə məxsusdur. O, filmin əsasını təşkil edən romanın da müəllifidir. Ahmet Çelik arxeoloq və yazıçı kimi tarix elmini ədəbi düşüncə ilə birləşdirə bilən nadir simalardandır. Bu əsər, illərlə aparılmış tədqiqatların və şəxsi təcrübələrin məhsuludur. Ssenarini də o özü, peşəkar və dərin yanaşma ilə qələmə alıb.

-Siz bu layihədə konkret olaraq hansı vəzifələri icra edirsiniz?

-Filmdə bir neçə funksiyanı eyni anda yerinə yetirirəm, yəni, rejissor, baş rəssam və sənət rəhbəri kimi. Vizual dilin qurulması, estetik məkanların, kostyumların və səhnə kompozisiyalarının hazırlanması mənim məsuliyyətimdədir. Ahmet Çeliklə birgə rejissorluq işini də bölüşürük. Əsas məqsədimiz həm tarixi doğru təqdim etmək, həm də tamaşaçını vizual olaraq inandırmaqdır.

-Layihə üzərində hansı yaradıcı komanda çalışır?

-Film “Turkish Production” və “SAS Movie Studios” tərəfindən istehsal olunur. Prodüserlər Zülfü Çelik və Hollivudun tanınmış simalarından Shavn Anthony Sequeira layihəyə böyük dəstək verirlər. Vizual effektlərdən tanınmış mütəxəssis Oğuzhan Ceylan, əlaqə və sosial media işlərindən Metin Çorabatır və İsmail Uğur cavabdehdirlər. Layihənin icraçı direktor müavini Olga Amraic, elmi və ssenari rəhbəri professor Ahmet Çelik, ictimai-siyasi məsləhətçisi isə Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Zülfü Demirbağ, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təsisçisi və prezidenti Umud Mirzəyev, Qəzənfər Niftəliyev və Nigar Ağayevadır. İncəsənət komandasında isə rəssam assistenti Yusuf Məmmədov və heykəltaraş İlqar Sultanov yer alırlar. Bu, əslində, yalnız bir film komandası deyil, bu, tarixi yenidən dirçəltməyə çalışan yaradıcı simaların birliyidir.

-Filmin hazırlıq prosesi hansı mərhələdədir?

-Hazırda tam hazırlıq mərhələsindəyik. Ssenari artıq tamamlanıb, prodüksiyon planları hazırlanıb. Çəkiliş məkanları araşdırılır, kostyum eskizləri və rəqəmsal ssenari cədvəli (storyboard) üzərində işlər aparılır. Çəkilişlərə yaxın zamanda başlanacaq. Proses tam olaraq ciddi və peşəkar şəkildə idarə olunur.

-Bu filmin dünya, o cümlədən türk kinosunda hansı yeri tutacağını düşünürsünüz?

-Əslində bu film türk kino tarixində yeni bir səhifə açacaq. Arxeoloji əsaslı, Anadolu mədəniyyətini epik şəkildə əks etdirən filmlər demək olar ki, yoxdur. Biz bu boşluğu həm yerli, həm də beynəlxalq səviyyədə doldurmaq istəyirik. Hollivudda belə mövzuda filmlər nadir hallarda çəkilir və biz bunu həm yerli zənginlik, həm də qlobal baxışla birləşdiririk. Filmin həm sənət, həm də tarix baxımından önəmli iz qoyacağına inanıram.

-Son olaraq, bu film sizin üçün mənəvi baxımdan nə ifadə edir?

-Bu film mənim üçün bir ömürlük məsuliyyətdir. Burada yalnız bir obrazın deyil, bütün bir mədəniyyətin, tarixi yaddaşın, kimliyimizin əksi var. “Hattuşalı adam” bir xalqın yaddaşıdır. Biz bu yaddaşı sənət vasitəsilə yaşatmalı və gələcək nəsillərə ötürməliyik. Sənət, tarixin nəfəs aldığı ən güclü vasitədir. Əlavə olaraq bir şəxsi düşüncəmi də bölüşmək istərdim. Mən nə arxeoloq, nə də tarixçiyəm. Lakin qəlbimdə elmi dəlillərlə izah edə bilməyəcəyim, dərin instinktiv bir hiss var. O hiss mənə deyir ki, Massagetlər, yəni bugünkü Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Türkiyə ərazilərində izi qalan qədim tayfalar–Hititlərlə tarixi baxımdan iç-içə, paralel bir mədəni qat təşkil edir. Bu fikrə indi dərindən toxunmaq istəmirik. Lakin, komandamızla birgə növbəti layihəmizdə bu xətt üzrə daha dərin, elmi əsaslı və arxeoloji baxımdan zəngin bir film hazırlamaq qərarına gəlmişik.

Qeyd edək ki, Anadolunun ilk sivilizasiyalarından olan Hatti və Hettlərin mədəni irsini özündə cəmləşdirən, e.ə. VI minilliklərə qədər uzanan izlər daşıyan Hattuşa Tarixi Yeri, UNESCO-nun Dünya Mədəni İrsi və Dünya Yaddaşı siyahılarında yer alır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri