Icma.az
close
up
RU
Zərərli obrazlara QADAĞA Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar TƏTBİQ OLUNACAQ?

Zərərli obrazlara QADAĞA Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar TƏTBİQ OLUNACAQ?

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədli “Uşaqların zərərli informasiyadan qorunması” mövzusundakı brifinqdə bildirib ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna dəyişikliklər layihəsi hazırlanır. Qanun çərçivəsində uşaqlarla bağlı oyuncaqlar, geyimlər və digər əşyalar tənzimlənəcək, cinayətkarlığı, zorakılığı və digər neqativ davranışları təbliğ edən məhsulların qarşısı alınacaq.
Maraqlı məqam isə bu qadağaların hansı istiqamətdə və necə tətbiq olunacağıdır. Nəzərə almaq lazımdır ki, uşaqlar arasında silah şəklindəki oyuncaqlara maraq çoxdur.
Belə oyuncaqlar da qadağan edilə bilərmi? Ümumiyyətlə, bu proses uşaqları tam sərhədləmədən necə aparıla bilər?
Psixoloq Nabat Mirzəyeva Bizim.Media-ya mövzuyla bağlı deyib ki, bəzi obrazlar var ki, onların oyuncaqlarda, geyimlərdə təsvir edilməməsi  nəzərə alınmalıdır:
“Bu qadağalar çərçivəsində qorxu və stress aşılayan, qəzəbli, qorxulu sifəti xatırladan obrazlar sətiraltı təcavüz, şiddət mesajları nəzərə alınmalıdır. Çünki onlar uşaqlarda gecə qorxu, həyəcan, aqressiya yarada bilər. Seksual mətnlər, uşaqlara cinsəl olaraq ötürülən mesajlar, onların emosional olaraq inkişafına uyğun gəlməyən obrazlar, həmçinin cinsi ayrıseçkiliyi  ötürən şüarların olduğu geyimlər də qadağan edilməlidir.
Oyuncaq silahların tam qadağası düzgün deyil, ancaq qısıtlamalar, sərhədlər olmalıdır. Çünki silahla oynamaq bir çox uşaqlarda “bu, realda da təbliğ edilə bilər” düşüncəsi yaradır. Sözsüz ki, bunlar qadağayla yox, sərhədlə, məsələni başa salaraq olmalıdır. Məsələn, "oynaya bilərsən, ancaq bu, bir oyuncaqdır, gerçək həyatda tətbiq oluna bilməz" kimi sözlər deyilməlidir”.
Nabat Mirzəyeva valideynlərin daha çox üstünlük verməli olduqları geyimlərdən də danışıb:
“Geyimlərin üzərində müsbət stikerlərin, "emoji"lərin olması daha məqsədəuyğundur. Biz oyuncaqlarla , geyimlərlə övladlarımıza nifrəti, kini yox, heyvanları, təbiəti sevməyi bir emoji ilə, rəsmlə aşılaya bilərik. Dediyim kimi, qadağan olmamalıdır. Çünki bu, uşaqlarda gizli maraq yarada bilər. Buna görə də valideyn olaraq övladımıza məsələni izah etməli, nəticələrini danışmalıyıq”.
Nəzrin Mirzəyeva, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Dekabr 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri