Icma.az
close
up
RU
Nazim İmanov Etibar Məmmədovun yubileyinə dəvət olunmayıb SƏBƏB

Nazim İmanov Etibar Məmmədovun yubileyinə dəvət olunmayıb SƏBƏB

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və fəxri lideri Etibar Məmmədovun 70 illik yubiley tədbiri müzakirələrə səbəb olub. Aprelin 1-də keçirilən tədbirdə bir sıra partiya sədrləri, deputatlar, müxtəlif siyasi təşkilatların nümayəndələri, jurnalistlər iştirak ediblər.
Maraqlıdır ki, Etibar Məmmədovun yubileyində vaxtilə onun yaxın dostu və silahdaşı olmuş, AMİP-in də qurulmasından fəal iştirak etmiş sabiq deputat Nazim İmanov gözə dəyməyib. Bu olay bir sıra suallar yaradıb.

Modern.az-ın əməkdaşı Nazim İmanovun tədbirdə görünməməsinə aydınlıq gətirilməsi üçün AMİP-in hazırki sədri Arzuxan Əlizadə ilə əlaqə saxlayıb.

O bildirib ki, partiyanın fəxri lideri Etibar Məmmədovun yubileyində 300-ə yaxın qonaq iştirak edib:

"Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu, ilk sədri və hazırda fəxri lideri olan Etibar Məmmədovun 70 illik yubileyi çərçivəsində onun ictimai-siyasi fəaliyyətini özündə əks etdirən iki cildlik kitab ərsəyə gətirilib. Kitab Etibar Məmmədovun 1988-95-ci illərdəki ictimai-siyasi fəaliyyətini özündə əks etdirir. "İstiqlal yolu" adlanan iki cildlik kitabın müəllifi tarix elməlir doktoru, professor Məhərrəm Zülfüqarlıdır.
Aprelin 1-də kitabın təqdimat mərasimi keçirildi. Təqdimat mərasiminə təxminən 300 nəfər qonaq iştirak edirdi. Qonaqlar sırasında hazırda ölkədə fəaliyyət göstərən bir sıra siyasi təşkilatların rəhbərləri və funksionerləri, KİV rəhbərləri, həmçinin alimlər, ziyalılar, ictimai-siyasi xadimlər, deputatlar, hazırda AMİP rəhbərliyində, rayon təşkilatlarında təmsil olunan şəxslər dəvətli idilər.
Məlumdur ki, AMİP Azərbaycanın ilk rəsmi dövlət qeydiyyatından keçən siyasi təşkilatıdır. Zamanında çox böyük kontingenti əhatə edirdi. Vaxtilə AMİP-də təmsil olunan sonradan partiyadan yollarını ayıran, müxtəlif siyasi partiyalara da rəhbərlik edən şəxslər var. O cümlədən hazırda müxtəlif dövlət qurumlarında, hökumət strukturlarında rəhbər vəzifələrdə işləyən keçmiş AMİP-çilər mövcuddur. Zamanında bu şəxslər AMİP-in aparıcı adamları olublar. O adamlarınarasında partiya ilə indi də bu və ya digər formada şəxsi münasibətləri qoruyub saxlayanlar da, əlaqələri tamamilə kəsənlər də var.
Zamanında AMİP-i parlamentdə, MSK-da və digər müxtəlif strukturlarda təmsil etmiş şəxslər var ki, uzun illərdir partiya ilə heç bir əlaqə saxlamırlar. Təbii ki, onların dəvət olunması məqsədəmüvafiq hesab edilməyib".

Partiya sədri Nazim İmanovun da mərasimə dəvət olunmadığını söyləyib:

"Təbii ki, Nazim İmanov partiyadan ayrıldıqdan sonra AMİP-lə bu və ya digər şəkildə heç vaxt əlaqə saxlamayıb. Nazim İmanov partiyamızı vaxtilə parlamentdə təmsil edib, AMİP-in aparıcı şəxsi olaraq ictimaiyyət tərəfindən də tanınıb. Hazırda AMEA-nın institutlarından birinə rəhbərlik edir. Partiya ilə əlaqəsi olmadığına görə onun tədbirə dəvət edilməsi məqsədəmüvafiq hesab oluynmayıb".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Aprel 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri