Nazim Sadıxov: “Üzərində işlədiyimiz hər şeyi göstərməyin vaxtıdır”
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Azərbaycanlı qarışıq döyüş ustası Nazim Sadıxov braziliyalı İsmael Bonfimlə görüşə hazırlığını davam etdirir.
İdman.biz xəbər verir ki, qarşılaşma fevralın 15-də Las-Veqasda "UFC Fight Night" turniri çərçivəsində keçiriləcək.
Sadıxov qarşıdakı döyüşlə bağlı fikirlərini bölüşüb: “Döyüş həftəsi rəsmi olaraq başlayıb. Üzərində işlədiyimiz hər şeyi göstərməyin vaxtıdır. Şənbə günü "Apex Arena"da. Tezliklə görüşənədək".
Bonfim MMA-da 24 döyüş keçirib, onlardan iyirmisində qalib gəlib. Sadıxovun hesabında 11 döyüş (doqquz qələbə, bir heç-heçə və bir məğlubiyyət) var. O, son döyüşünü ötən il noyabrın 11-də Nyu-Yorkda "Madison Square Garden"də rusiyalı Vyaçeslav Borşevə qarşı keçirib. Üç raundluq mübarizədən sonra hakimlər heç-heçə qeydə alıblar.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 11 Fevral 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















