Nazim Sadıxov: Rəqibimi çoxdan tanıyıram
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Mənim arzum çin oldu".
İdman.biz xəbər verir ki, bunu azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turniri ilə bağlı danışarkən deyib.
Zoom üzərindən xüsusi sessiyaya qoşulan 31 yaşlı idmançı yarışla bağlı fikirlərini bölüşüb: "Həmişə doğma publika qarşısında çıxış etmək istəmişəm. Burada azərbaycanlı döyüşçülərin olması xüsusilə sevindiricidir. Biz postsovet ölkələrindən UFC-də döyüşdüklərini görürdük, ancaq azərbaycanlılar az olurdu. Rəqibimi çoxdan tanıyıram və izləyirəm. Əvvəllər eyni təşkilatda döyüşmüşük. Son aylarda Motto Tailanda köçüb orada hazırlıq keçir. Əsasən ayaqüstə döyüşür. Yaxşı boksu var".
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Nazim Sadıxovla braziliyalı Nikolas Motta ilə döyüşəcək.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 07 May 2025 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















