Nazir Anar Əliyevdən EKSKLÜZİV AÇIQLAMALAR: Pensiyalar bu qədər ARTIRILACAQ VİDEO
Icma.az, Sitat.info portalına istinadən məlumat verir.
Nazir bildirib ki, ölkə başçısının müvafiq sərəncamına əsasən əmək pensiyalarının indeksləşdirilməsi hər il mütəmadi şəkildə həyata keçirilir və bu proses 2026-cı ildə də davam etdiriləcək. Onun sözlərinə görə, gələn il 1,1 milyon vətəndaşın pensiyasının indeksləşdirilməsi nəzərdə tutulur.
Anar Əliyev vurğulayıb ki, indeksasiya təxminən 9 faiz səviyyəsində olacaq. Mexanizm Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan əvvəlki il üzrə orta aylıq əməkhaqqının artım tempinə uyğun şəkildə tətbiq edilir. Rəsmi statistik göstəricilər elan edildikdən sonra indeksasiyanın dəqiq məbləği müəyyənləşdiriləcək.
Nazir həmçinin qeyd edib ki, 2026-cı ildə işləyən şəxslərin fərdi şəxsi hesablarında toplanmış pensiya kapitallarının da indeksləşdirilməsi planlaşdırılır.
A.Əliyev gələn il üçün məşğulluq sahəsində də prioritetləri açıqlayıb. Bildirib ki, əhalinin aktiv məşğulluq tədbirlərinə cəlb olunması həm nazirlik, həm də Dövlət Məşğulluq Agentliyi üçün əsas istiqamətlərdən biri olacaq. Proqnozlara əsasən, 2026-cı ildə təxminən 400 minə yaxın vətəndaş aktiv məşğulluq proqramlarına cəlb ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 14 Yanvar 2026 01:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















