Pensiyalar BU QƏDƏR ARTIRILACAQ RƏQƏMLƏR AÇIQLANDI
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
2027-ci il üçün Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyənləşdirilib. Layihəyə əsasən, ölkə üzrə yaşayış minimumunun 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat olması nəzərdə tutulur.
Bəs yeni göstəricilər sosial müavinətlərin məbləğinə necə təsir edəcək? Gələn il sosial ödənişlərdə təxminən neçə faizlik artım gözlənilir?
"Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, gələn il üçün sosial ödənişlər və əməkhaqları ilə bağlı müəyyən artımların olması gözləniləndir, lakin bu artımların dəqiq məbləği və hansı kateqoriyalara şamil ediləcəyi müvafiq qərarlardan asılı olacaq: Marqarita pizza
“Sosial müavinətlərin artırılması ilə bağlı qərarlar Nazirlər Kabineti tərəfindən verilə, yaxud dövlət büdcəsinin müzakirəsi zamanı parlamentdə müəyyən xərc istiqamətləri təsbit oluna bilər. Başqa sözlə, sosial sahəyə ayrılacaq vəsaitin həcmi və artımların maliyyələşdirilməsi büdcə planlaşdırılması prosesində mühüm rol oynayır. Gələn il təqaüdlərin, sosial müavinətlərin və maaşların 8-10 faiz civarında artırılması real görünür. Mən hansısa kəskin artımın olacağını düşünmürəm”.
İqtisadçının sözlərinə görə, gələn il üçün gözlənilən artımların miqyası barədə ilkin proqnoz vermək mümkün olsa da, yekun rəqəmləri indidən dəqiq müəyyənləşdirmək düzgün olmaz:
“Çünki artımın səviyyəsi dövlət büdcəsində nəzərdə tutulan xərclərdən, hökumətin sosial siyasətindən və qəbul ediləcək qərarlardan asılı olacaq. Yaşayış minimumu insanın əsas ehtiyaclarının ödənilməsi üçün zəruri olan minimum vəsaitin müəyyənləşdirilməsində istifadə olunan göstəricidir. Ehtiyac meyarı isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi zamanı nəzərə alınan əsas göstəricilərdən biridir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 30 Oktyabr 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















