Nazir: Azad olunmuş ərazilərdə əkinçilik üçün böyük potensial var
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda hökumət qida təhlükəsizliyi istiqamətində tərəfdaş ölkələrlə qarşılıqlı əməkdaşlığın inkişafı üçün işlər görür ki, istehsal olunan məhsulların ixracı mümkün olsun.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsi zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatında kiçik və orta sahibkarlıq subyektləri üçün çoxlu imkanlar mövcuddur, çünki subsidiya proqramlarında diferensiasiya tətbiq olunur.
Nazir vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərimiz əkinçilik üçün böyük potensiala malikdir:
“Mən bütün potensial investorları buraya sərmayə qoymağa dəvət edirəm. Nazirlik olaraq biz daha çox iş görəcəyik və əminəm ki, bütün dövlət qurumları da hər bir investora kömək göstərmək, istiqamətləndirmək və dəstək olmaqdan məmnun qalacaqlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 23 Sentyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















