Icma.az
close
up
RU
Nazir: BƏƏ Azərbaycanın yaşıl enerjiyə keçid prosesində mühüm tərəfdaşıdır

Nazir: BƏƏ Azərbaycanın yaşıl enerjiyə keçid prosesində mühüm tərəfdaşıdır

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi əməkdaşlığı, xüsusən qarşılıqlı hədəflərə mühüm töhfə verə biləcək davamlı inkişaf və enerji təhlükəsizliyi sahələrində işbirliyini daha da genişləndirmək üçün böyük potensial mövcuddur".
Demokrat.az "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin Milli Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
"Ticarət əlaqələrimiz və sərmayələr sahəsində əməkdaşlığımız davamlı olaraq inkişaf edir. Biz dost ölkə və etibarlı tərəfdaşımız olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizin dərinləşməsinə xüsusi əhəmiyyət veririk, məqsədimiz birgə fəaliyyətimizi daha da şaxələndirməkdir.
Sevindirici haldır ki, bu gün ölkələrimizin ən böyük şirkətləri olan ADNOC və SOCAR arasında əməkdaşlıq davam edir, güclənir. ADNOC ölkəmizin ən perspektivli layihələrindən olan "Abşeron" qaz yatağı layihəsinə, SOCAR isə BƏƏ-nin SARB və "UMM Lulu" neft və qaz yataqlarının işlənməsində tərəfdaşdırlar", - nazir bildirib.
M. Cabbarov vurğulayıb ki, Azərbaycan "yaşıl" və dayanıqlı iqtisadiyyata keçidə tam sadiq ölkədir: "İqlim məqsədlərimiz ambisiyalı, lakin reallaşdırıla biləndir. Belə ki, 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarını 40% azaltmağı hədəfləyirik. Bu məqsədlə bərpa olunan enerji, enerji səmərəliliyi və dayanıqlı resursların idarə edilməsi sahələrində genişmiqyaslı təşəbbüslər həyata keçiririk və beynəlxalq iqlim dəyişiklikləri çərçivələri ilə uyğunluğumuzu təmin edirik".
Nazir xatırladıb ki, 2023-cü ildə Dubayda keçirilən COP28-dən sonra, bu il COP29-un Azərbaycanda keçirilməsi qlobal ətraf mühit təşəbbüslərinin önündə olmaq üçün ölkənin göstərdiyi səyləri bir daha nümayiş etdirir.
O əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın "yaşıl enerji"yə keçid prosesində mühüm tərəfdaşıdır: "BƏƏ-nin "Masdar" şirkəti bu prosesdə həlledici rol oynayır. Ötən il "Masdar" tərəfindən açılışı edilən 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyası bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlığın əyani nümunəsidir. Azərbaycanda xarici sərmayə ilə tikilən ilk bərpaolunan enerji stansiyası həm də regionda ən böyük günəş elektrik stansiyasıdır.
Əminəm ki, Azərbaycan "yaşıl iqtisadiyyat" yolunda irəlilədikcə, Əmirliklərlə əməkdaşlığımız qarşılıqlı etimad, ortaq baxış və güclü iqtisadi əlaqələr hesabına davamlı uğurun təmin edilməsi üçün daha da inkişaf edəcək".
M. Cabbarov həmçinin bildirib ki, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi regional əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açıb:
"Azərbaycan hökuməti bu əraziləri bərpa edərək, regionu sülh və əməkdaşlıq mərkəzinə çevirməyi hədəfləyir. Ətraf mühitin qorunması bərpa və yenidənqurma işlərində əsas prioritet olaraq qalır".
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Dekabr 2024 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri