Nazir: Bu il adambaşına düşən ÜDMin 7200 dollar olacağı gözlənilir AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 25 noyabr, AZƏRTAC
Cari ilin oktyabr ayında Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının artım tempini cari və növbəti ildə 3,2 faiz səviyyəsində proqnozlaşdırır. Azərbaycan iqtisadiyyatı isə həm son illərdə, həm də cari ildə dayanıqlı inkişaf nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin noyabrın 25-də keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, 2024-cü il nəzərə alınmaqla 2019-2024-cü illərdə ölkədə real ümumdaxili məhsulun 14,4 faiz, qeyri-neft qaz sektorunda isə real ümumdaxili məhsulun 1,3 üç dəfə artması gözlənilir.
“Adambaşına düşən ümumi daxil məhsul COVID-dən əvvəlki dövrdə, 2019-cu ildə təxminən 4850 dollar təşkil etdiyi halda, 2024-cü ilin yekunu üzrə bu göstəricinin 7200 dollar ətrafında olacağı gözlənilir”, - deyə nazir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 25 Noyabr 2024 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















