Nazir müavini: 2025ci ildə adambaşına düşən ÜDM 7412 dollar olacaq AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 18 noyabr, AZƏRTAC
Neftin 2026-2028-ci il üçün proqnoz qiyməti 65 dollar nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.
Nazir müavini bildirib ki, proqnozlaşdırılan qiymət də nəzərə alınmaqla 2025-ci ildə adambaşına düşən ÜDM-nin 7412 ABŞ dolları, 2028-ci ilin sonuna isə 8522 ABŞ dolları təşkil edəcəyi nəzərdə tutulur.
“2025-ci ildə tədiyə balansının cari hesabının profisitinin ÜDM-ə nisbəti 5,6 faiz həcmində, 2025-2028-ci illərdə isə neft-qaz hasilatının son tarixə olan proqnozu nəzərə alınmaqla cari hesab profisitinin ÜDM-ə nisbətinin orta hesabla 3 faiz ətrafında olacağı proqnozlaşdırılır”, - deyə nazir müavini əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 18 Noyabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















