Nazir: Büdcə prosesinin təkmilləşdirilməsi üçün islahatlara başlanılıb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dövlət maliyyəsinin daha səmərəli idarə olunması və büdcə prosesinin təkmilləşdirilməsi istiqamətində Maliyyə Nazirliyində müvafiq işçi qrupları yaradılıb və geniş islahatlara başlanılıb.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, islahat proqramı çərçivəsində dövlət büdcəsinin gəlir və xərclərinin təhlili, optimallaşması, dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, mühasibat uçotu sahələrində təkmilləşdirmə tədbirlərinin görülməsi, rəqəmsal idarəetmə və müasir elektron həllərin büdcə prosesində tətbiqi imkanları təmin olunacaq: "Bildirilən rəy və təkliflərə aparılan islahatlar çərçivəsində bir daha baxılacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 13 İyun 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















