Icma.az
close
up
RU
Növbəti ilin büdcə hazırlığına başlanılıb

Növbəti ilin büdcə hazırlığına başlanılıb

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Gələn il dövlət büdcəsinin gəlir və xərclərində artımlar gözlənilir

Maliyyə Nazirliyi 2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəricilərini açıqlayıb. Məlumata əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 251 milyon 300 min manat, xərcləri  42 milyard 230 milyon manat gözlənilir. Beləliklə, 2025-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 895 milyon 300 min manat, yaxud 2,33 faiz, xərcləri 822 milyon 400 min manat, yaxud 1,98 faiz artacaq. Xatladaq ki, 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri  41 milyard 407 milyon 600 min manat məbləğində təsdiq edilib.

Büdcə siyasətinin əsas hədəfləri

2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, büdcə dayanıqlığı və digər cari məsələlər bir neçə gün əvvəl - aprelin 11-də İqtisadi Şuranın iclasında da müzakirə edilmişdi. İclasda büdcə siyasəti üzrə prioritet xərc istiqamətləri, əsas hədəflər, ortamüddətli dövr üçün ilkin makroiqtisadi proqnozlar və makro-fiskal çərçivə ssenariləri müzakirə olunub, Maliyyə Nazirliyinə və digər aidiyyəti qurumlara növbəti ilin büdcə zərfinin hazırlığı ilə bağlı müvafiq tapşırıqlar verilib.  

Növbəti ildə də büdcə siyasətinin əsas prioritet xərc istiqamətləri ölkənin işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sosial təminatının yaxşılaşdırılması, həmçinin bir sıra zəruri dövlət funksiyalarının yerinə yetirilməsi üçün müvafiq maliyyə vəsaitinin təmin edilməsi ilə bağlı olacaq. Həmin hədəflər 2026-2029-cu illəri əhatə edən növbəti ortamüddətli dövr üçün ölkə qarşısında dayanan yeni çağırışlara uyğundur. Ortamüddətli dövrdə həyata keçirilən fiskal siyasət makroiqtisadi sabitlik, fiskal dayanıqlılıq və iqtisadi  müstəqillik məqsədlərinə xidmət etməklə, prioritet istiqamətlər üzrə müvafiq maliyyə təminatının yaradılmasını, büdcə və borc intizamının təmin edilməsini, büdcə xərclərinin səmərəliliyini və effektivliyini, dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsini nəzərdə tutur. Qeyd edək ki, Ortamüddətli Büdcə Çərçivəsi (OMBÇ) özündə büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, Milli Xərc Prioritetlərini, Ortamüddətli Resurs Zərfini, icmal  büdcənin və dövlət büdcəsinin gəlir və xərclərinin proqnozlarını, habelə dövlət  büdcəsi xərclərinin funksional təsnifatının büdcə islahatlarına cəlb olunan  bölmələrinə daxil olan sektorlarda nəzərdə tutulan proqramların həyata keçirilməsi  üçün ayrılan vəsaitlərin yuxarı hədlərini ehtiva edir.

2026-cı ildə ÜDM-in 135,7 milyard manata çatacağı fərz edilir

Qeyd edək ki, dövlət büdcəsinin gəlir və xərcləri ölkənin makroiqtisadi inkişaf proqnozlarına əsaslanır. İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin mart ayında təqdim olunan proqnozlara əsasən, baza ssenaridə neftin bir barrelinin orta illik ixrac qiyməti 2026-cı il üçün 65 dollar və 2027-2029-cu illər üçün də eyni qalacağı fərz edilir. 2026-cı ilin sonuna ÜDM-in həcmi 135,7 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-nin həcmi 101,3 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə ÜDM-in 162,6 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in  həcmi 129,1 milyard manata qədər artacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,8 faiz, qeyri-neft-qaz ÜDM-in 5,1 faiz olacağı proqnozlaşdırılır. 2025-ci ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 1,2 faiz artacağı proqnozlaşdırılır. 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 79,4 faizə çatacağı, neft-qaz sektorunun payının isə 20,6 faizə bərabər olacağı ehtimal edilir.

Əhalinin gəlirləri inflyasiyanı üstələyəcək

Neft və qaz hasilatı üzrə sabitləşdirmə tədbirlərinin nəticəsi olaraq 2029-cu ildə neft və  qaz  hasilatının  artacağı  proqnozlaşdırılır. 2025-ci ildə neft hasilatının azalacağına baxmayaraq qaz hasilatının artması sektorun inkişafına artırıcı təsir edəcək. 2027-2029-cu illərdə neft və əmtəəlik qaz hasilatı üzrə azalmanın davam etməsi nəzərə alınaraq neft-qaz sektorunda azalma gözlənilir, 2026-cı ildə əsas kapitala olan investisiyalarda 3,8 faiz, ortamüddətli dövrdə isə orta illik 3,7 faiz artım olacağı, 2026-cı ildən 2029-cu ilin sonuna doğru neft-qaz sektoruna yönəldilən kapital  qoyuluşlarında artım fərz olunur. Əsas kapitala investisiyaların  proqnozlaşdırılması zamanı neft-qaz sektoru üzrə əsas təşkilatlardan alınmış investisiya proqnozları, dövlət büdcəsinin əsaslı xərcləri üzrə Maliyyə Nazirliyinin proqnozları, o cümlədən işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı quruculuq işləri ilə əlaqədar investisiyalar, strategiya  çərçivəsində qeyri-neft-qaz sektoruna  cəlb olunacaq  birbaşa  xarici investisiyaların illik 10-15 faiz artması hədəfi nəzərə alınıb. Həmçinin, investisiyaların iqtisadi səmərəliliyinin və şəffaflığının yüksəldilməsi, bank-maliyyə sektorunun maliyyə vasitəçiliyi funksiyasının gücləndirilməsi sərmayə qoyuluşlarını təşviq edəcək.

Hökumətin iqtisadi bloku tərəfindən beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, tənzimlənən qiymətlərin artırılmaması fərziyyəsi, eləcə də antiinflyasiya tədbirləri nəzərə alınaraq istehlak qiymətləri indeksi gələn il baza ssenaridə 5-5,5 intervalında proqnozlaşdırılıb. Ortamüddətli dövrdə əhalinin gəlirlərinin artımı isə inflyasiyanı üstələyəcək.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Aprel 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri