Icma.az
close
up
RU
Nazir: Çin Qərbin liderlik nümayiş etdirəcəyi halda iqlim yardımını artırmağa hazır idi

Nazir: Çin Qərbin liderlik nümayiş etdirəcəyi halda iqlim yardımını artırmağa hazır idi

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda keçirilmiş COP29 iqlim sammitində Çin inkişaf etmiş ölkələrin daha çox təşəbbüs göstərəcəyi təqdirdə iqlimə yardımı artırmağa hazır olduğunu bəyan edib. Buna baxmayaraq, sənaye cəhətdən inkişaf etmiş ölkələr tərəfindən razılaşdırılan 300 milyard dollarlıq ümumi məbləğ iqlim böhranı ilə mübarizə üçün minimum 500 milyard dollar tələb edən inkişaf etməkdə olan ölkələrin tənqidinə səbəb olub.

Gununsesi.info “Report” -a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevin “Guardian”da dərc olunan məqaləsində qeyd olunur.

“İki həftəlik gərgin danışıqlardan sonra əldə edilən “Bakı irəliləyişi” inkişaf etmiş ölkələrin hökumətləri, çoxtərəfli inkişaf bankları və özəl sektordan maliyyə vəsaitlərini bir araya gətirdi. Bunun sayəsində bu il iqlim maliyyələşdirilməsi 1,3 trilyon dollara çatdırılacaq. Eyni zamanda, ən həssas ölkələrə kömək etmək üçün İtki və Zərər Fondu yaradılıb.

Əldə olunan razılaşmanın vacibliyinə baxmayaraq, onun şərtləri tənqidlərə səbəb olub. İnkişaf etməkdə olan ölkələr ilkin olaraq təklif olunan 250 milyard dolları rədd ediblər və bu məbləği ədalətsiz, iqlim böhranı ilə mübarizə üçün yetərsiz hesab etdilər. Yalnız Azərbaycanın danışıqlar komandasının inandırıcı arqumentlərindən sonra və bəzi ölkələrin, o cümlədən Böyük Britaniyanın çevikliyi sayəsində məbləğ 300 milyard dollara çatdırıldı”, – məqalədə qeyd olunub.

M.Babayev razılaşmanın asan əldə olunmadığını vurğulayıb. O qeyd edib ki, danışıqlar iqlim maliyyələşdirilməsi və hesabatlılıq üzrə qlobal Şimal və Cənub arasında dərin uçurumun olduğunu nümayiş etdirib.

“COP29 həmçinin beynəlxalq karbon kvotaları ticarəti üçün qlobal strukturun yaradılmasını yekunlaşdırdı və bu, az inkişaf etmiş ölkələrə maliyyə cəlb etmək üçün yeni imkanlar açır. Amma sammit iştirakçıları razılaşdılar ki, hələ də ciddi problemlər qalmaqdadır, Bakıda qəbul edilən qərarlar iqlim dəyişikliyinə ədalətli və effektiv reaksiya üçün yalnız ilk addımdır.

Danışıqların növbəti mərhələsi 2025-ci ildə Braziliyanın Belem şəhərində baş tutacaq”, – məqalədə əlavə olunub.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Noyabr 2024 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see140

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see126

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see124

İsrailin Türkiyə QORXUSU: Nə baş verir? KONKRET

16 Aprel 2025 17:26see124

II Liqa: Vüqar Nadirovlu Şəmkir darmadağınla liderlərə yaxınlaşdı

16 Aprel 2025 20:01see123

ABŞ Çini təhdid etdi

16 Aprel 2025 11:33see122

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see122

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see118

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim tədris prosesi ənənəvi qaydada davam edəcək

16 Aprel 2025 10:24see118

Bankların yüksək komissiya haqqı: Qiymətləri də yüksəldir

16 Aprel 2025 11:33see117

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see117

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see117

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see116

Hərbi çağırışdan yayınmaya qarşı yenilik Xidmət yeni qanunla bağlı açıqlama yaydı

16 Aprel 2025 10:27see113

Arda Real Madrid , ya da Barselona nı çalışdıracaq Klub prezidenti AÇIQLADI

16 Aprel 2025 11:44see111

DİM ə ağır ittihamlar: “Xərcə düşməmək üçün uşaqları riskə atıb”

16 Aprel 2025 12:39see110

Venesuela səfiri “ASAN xidmət”də

16 Aprel 2025 09:50see110

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see110

Turist sahildə yadplanetli tapdı

16 Aprel 2025 17:00see110

Rusiya Federasiya Şurasından Avropa İttifaqına sərt cavab

16 Aprel 2025 09:13see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri