Icma.az
close
up
RU
Çin Qərb liderlik nümayiş etdirəcəyi halda iqlim yardımını artıracaqdı Nazir

Çin Qərb liderlik nümayiş etdirəcəyi halda iqlim yardımını artıracaqdı Nazir

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Bakıda keçirilmiş COP29 iqlim sammitində Çin inkişaf etmiş ölkələrin daha çox təşəbbüs göstərəcəyi təqdirdə iqlimə yardımı artırmağa hazır olduğunu bəyan edib. Buna baxmayaraq, sənaye cəhətdən inkişaf etmiş ölkələr tərəfindən razılaşdırılan 300 milyard dollarlıq ümumi məbləğ iqlim böhranı ilə mübarizə üçün minimum 500 milyard dollar tələb edən inkişaf etməkdə olan ölkələrin tənqidinə səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevin “Guardian”da dərc olunan məqaləsində qeyd olunur.

“İki həftəlik gərgin danışıqlardan sonra əldə edilən “Bakı irəliləyişi” inkişaf etmiş ölkələrin hökumətləri, çoxtərəfli inkişaf bankları və özəl sektordan maliyyə vəsaitlərini bir araya gətirdi. Bunun sayəsində bu il iqlim maliyyələşdirilməsi 1,3 trilyon dollara çatdırılacaq. Eyni zamanda, ən həssas ölkələrə kömək etmək üçün İtki və Zərər Fondu yaradılıb.

Əldə olunan razılaşmanın vacibliyinə baxmayaraq, onun şərtləri tənqidlərə səbəb olub. İnkişaf etməkdə olan ölkələr ilkin olaraq təklif olunan 250 milyard dolları rədd ediblər və bu məbləği ədalətsiz, iqlim böhranı ilə mübarizə üçün yetərsiz hesab etdilər. Yalnız Azərbaycanın danışıqlar komandasının inandırıcı arqumentlərindən sonra və bəzi ölkələrin, o cümlədən Böyük Britaniyanın çevikliyi sayəsində məbləğ 300 milyard dollara çatdırıldı”, – məqalədə bildirilib.

M.Babayev razılaşmanın asan əldə olunmadığını vurğulayıb. O xatırladıb ki, danışıqlar iqlim maliyyələşdirilməsi və hesabatlılıq üzrə qlobal Şimal və Cənub arasında dərin uçurumun olduğunu nümayiş etdirib.

“COP29 həmçinin beynəlxalq karbon kvotaları ticarəti üçün qlobal strukturun yaradılmasını yekunlaşdırdı və bu, az inkişaf etmiş ölkələrə maliyyə cəlb etmək üçün yeni imkanlar açır. Amma sammit iştirakçıları razılaşdılar ki, hələ də ciddi problemlər qalmaqdadır, Bakıda qəbul edilən qərarlar iqlim dəyişikliyinə ədalətli və effektiv reaksiya üçün yalnız ilk addımdır.

Danışıqların növbəti mərhələsi 2025-ci ildə Braziliyanın Belem şəhərində baş tutacaq”, – məqalədə əlavə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see555

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see523

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see365

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see269

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see268

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see243

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see243

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see236

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see233

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see230

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see210

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see208

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see202

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see202

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see201

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see199

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see197

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri