Nazir: Ermənistan və Azərbaycan xarici ticarətdə bir birini tamamlaya bilər
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Ermənistan və Azərbaycan xarici ticarətdə bir-birinə rəqib deyil, əksinə bir-birini tamamlaya bilər.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Qevork Papoyan bildirib.
Papoyanın sözlərinə görə, iki ölkə arasında ticarət əlaqələrinin perspektivlərinə dair elmi məqalə hazırlayıblar. Məqalənin yaxın vaxtlarda elmi jurnallardan birində dərc olunacağı gözlənilir.
“Xüsusilə göstərmişik ki, Azərbaycanın ixrac etdiyi məhsulların mühüm hissəsi Ermənistanın idxal tələbatına, Ermənistanın ixracı isə Azərbaycanın ehtiyaclarına uyğundur. Yəni biz rəqib deyilik, bir-birimizə bir çox mallar sata bilərik”, – nazir qeyd edib.
Papoyan vurğulayıb ki, qarşılıqlı ticarət Ermənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün əsas yarada bilər və siyasi şərait imkan verdiyi halda, bu, hər iki ölkənin iqtisadiyyatına fayda gətirə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 27 Oktyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















