Litvalı nazir: Ermənistan və Azərbaycan arasında sülhü dəstəkləyirik
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistan və Azərbaycan arasında sülhü dəstəkləyirik.
Sherg.az xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir Azərbaycanın konstruktiv rolunu və sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndirdiklərini vurğulayıb.
O, Vaşinqton sammitində əldə olunan razılaşmaları, sülh sazişi layihəsinin paraflanmasını dəstəklədiklərini qeyd edib.
Kestutis Budris Ermənistan tərəfindən verilən açıqlamaları izlədiklərini bildirərək yekun sənədin tezliklə imzalanacağına ümid etdiyini deyib:
“Bu, regionda daha əlverişli şərait yaradacaq”.
Litvalı nazir nəqliyyat və enerji sahələrində birgə layihələrə maraq göstərdiklərini, regionda sabitliyin və etibarlı tərəfdaşlığın vacibliyini diqqətə çatdırıb.
O, həmçinin minaların təmizlənməsi istiqamətində dəstək göstərməyə və bu prosesə töhfə verməyə hazır olduqlarını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 25 Noyabr 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















