Icma.az
close
up
RU
Nazir: Eyni müəllim necə ola birər ki, məktəbdə pis tədris verir, amma evdə yaxşıdır? Əsas məsələ vicdandır

Nazir: Eyni müəllim necə ola birər ki, məktəbdə pis tədris verir, amma evdə yaxşıdır? Əsas məsələ vicdandır

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Məktəbdə öz şagirdinə dərs deyən müəllim həm də onun repetitorudursa bu peşə etikasından uzaqdır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, repetitorluq valideynin seçimidir:

"Repetitorluq seçimində fərqli arqumentlər ola bilər. Misal olaraq,, məktəb o qədər pis tədris verir ki, valideyn məcbur qalıb repetitor seçir. Yaxud ali təhsilə hazırlıq üçün əlavə müəllim seçimi edilir. Çünki məktəbdə 17 fənn keçilir, amma repetitor sırf universitetə qəbul üçün lazım olan fənlərə fokuslanır.

Başqa bir səbəb də o ola bilər ki, valideyn işləyir və övladının dərsi günorta bitir. O da düşünür ki, övladını günün sonuna qədər hara qoysun. Ev tapşırıqlarını elə hazırlıqda tamamlasın və evdə dərs etməsin. Belə halların sayı əsasən aşağı siniflərdə daha çoxdur.

Yaxud valideyn evdə rus dilində danışa bilmir, amma övladını rus bölməsinə qoyur. Sonradan başa düşür ki, övladı dərsi başa düşmür və onu repetitor yanına qoymağa məcbur olur. Hətta dəbə görə repititor yanına gedən də var".

Onun sözlərinə görə, repetitor da məktəb müəllimidir:

"Eyni müəllim necə ola birər ki, məktəbdə pis tədris verir, amma evdə yaxşıdır? Hesab edirəm ki, bu işdə əsas məsələ vicdandır.

Cəmiyyətin də buna qınağı olmalıdır. Məktəbdə öz şagirdinə dərs deyən müəllim həm də onun repetitorudursa, bu, peşə etikasından uzaqdır. Bu, ayıbdır. Müəllim olaraq işini görüb dövlətdən maaş alırsa, dərs dediyi şagirdə də bunu düzgün öyrətməlidir".

E.Əmrullayev məktəbdaxili repetitorluq fəaliyyətini qəbul etmədiyini vurğulayıb:

"Nə qədər ki "ali məktəbə yalnız savadlı və ağıllılar" qəbul olacaq düşüncəsi ilə yanaşırıq, repetitorluq qaçılmaz olacaq. Ali təhsilə giriş asanlaşdırılmalıdır. Əsas olan ali təhsili bitirmək məsələsidir. Bu gün ali təhsil almaq elə də asan deyil".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 Fevral 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see146

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see143

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see137

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see122

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see122

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see121

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see120

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see119

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see118

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see116

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see115

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see115

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see115

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see114

Demensiyanın müalicəsində musiqi terapiyası ümid yaradır TƏDQİQAT

20 İyul 2025 13:40see114

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see113

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see113

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see113

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see113

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri