Nazir: Təhsildə əsas məsələ nizam intizamdır
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Təhsildə əsas məsələ nizam-intizam və öyrənmənin idarə olunmasıdır”.
"Cebheinfo.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə Yeni Çağırışlar” VII Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, təhsil prosesində yalnız müəyyən məsələlərin öyrədilməsi deyil, onların mahiyyətinin və bir-biri ilə əlaqəsinin başa düşülməsi də vacibdir.
Emin Əmrullayev qeyd edib ki, müasir texnologiyalar və dəyişən tələblər müəllimdən yeni bacarıqlar tələb edir. Onun sözlərinə görə, müasir müəllim dəyişən şəraitə uyğunlaşmalı və yeni yanaşmalardan istifadə etməlidir.
Nazir vurğulayıb ki, təhsil sistemində əsas məsələlərdən biri öyrənmə prosesinin düzgün idarə olunmasıdır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 05 Oktyabr 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















