Icma.az
close
up
RU
Nazir: Gəlirlərdən 3 faizlik verginin tutulması özü böyük güzəştdir

Nazir: Gəlirlərdən 3 faizlik verginin tutulması özü böyük güzəştdir

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“2026-cı ildə dövlət büdcəsinin 57%-i, icmal büdcənin isə 63%-i qeyri-neft gəlirləri hesabına formalaşacaq. Bəzən bu artımı müxtəlif istiqamətə yönəldərək vergilərin artırılması ilə bağlamağa çalışırlar. Bu doğru yanaşma deyil”.

Ölkə.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, artımın birinci mənbəyi qeyri-neft ÜDM-in özünün artmasıdır:

“Gələn il qeyri-neft ÜDM-i nominal olaraq təqribən 10%, real olaraq 5% artım proqnozlaşdırılır. Vergi isə nominal rəqəmlərdən tutulur. Birinci növbədə ÜDM-in özü artdığına görə gəlirlər artır. Hər zaman verginin ÜDM-dəki payına baxılır.

Cari ildə qeyri-neft vergilərinin ÜDM-ə nisbəti 12.9 faizdirsə, gələn il bu göstərici 13.1 faiz olacaq. Cəmi 0.2 artım artımdır, ona görə ciddi vergi artımından danışmaq olmaz. Bu, yanlış bir yanaşmadı”.

Nazir vurğulayıb ki, vergi paketi təqdim olunub və onlarla müxtəlif yeni güzəşt nəzərdə tutulub.

“Yerli istehsal və kənd təsərrüfatı ilə bağlı geniş güzəştlər, Naxçıvan qeyd edildi, sadələşdirilmiş vergi limitinin 200 mindən 400 minə qaldırılır, nağdsız əməliyyatlarla bağlı güzəştlər də paketin tərkibindədir.

Ən çox müzakirə olunan məsələ isə muzldu gəlirə olan gəlir vergisi məsələsidir. Bu barədə son günlər dəfələrlə mövqeyimiz açıqlanıb. Əmək bazarının mütləq əksəriyyətini təşkil edən, yəni 2500 manata qədər gəlir əldə edənlər üçün gəlir vergisi 3 % olacaq. Bunun özü çox böyük güzəştdir. Əgər bu güzəşti hökumət irəli sürməsəydi, 2026-cı ilin yanvarından həmin gəlirlərə 14% vergi tətbiq ediləcəkdi. Yəni iqtisadiyyat üzərində vergi yükünün artdığını düşünmürük”, - nazir qeyd edib.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Noyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri