Bu biznes gəlirlərdən 1 faiz vergi ödəməli olacaq
Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2027-ci ildən taksi sürücülərinə aid gəlirə mütənasib yeni vergitutma modelinin həyata keçirilməsi nəzərdə tutulur.
Bunu Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
“Hazırda vergi ödənişi fərqlənmə nişanının əldə edilməsi formasında aparılır və sürücünün gəlirinin həcmindən asılı olmayaraq, sabit qaydada 18 manat məbləğində vergi tutulur. Yeni təklif isə daha ədalətli, gəlirə əsaslanan vergitutma modelinin tətbiqini ehtiva edir. Bu modelə əsasən, operatorlar vasitəsilə verginin ödəniş mənbəyində tutulması mexanizmi sayəsində taksi fəaliyyəti ilə məşğul olan şəxslərin üzərindəki inzibati yük aradan qaldırılacaq. Eyni zamanda, onların əldə etdikləri gəlirlərdən dövlət büdcəsinə ödənilməli olan vergi 1 faiz dərəcəsi əsasında hesablanacaq. Bu prinsipə uyğun olaraq, aşağı dövriyyəyə malik taksi sürücüsü daha az, yüksək dövriyyəsi olan sürücü isə 1 faiz nisbəti çərçivəsində daha çox vergi ödəyəcək. Hesablamalara görə, orta vergi məbləği təxminən 18 manat səviyyəsində qalacaq. Bəzi hallarda isə vergi dərəcələri bu rəqəmdən aşağı olacaq", - deyə o qeyd edib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© Azərtac
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 06 Noyabr 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















