Icma.az
close
up
RU
Nazir getdi, nazirlik də ləğv olunur?

Nazir getdi, nazirlik də ləğv olunur?

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Artıq bir müddətdir Dövlət Gömrük Komitəsi, Vergi Xidməti və Maliyyə Nazirliyinin ləğv edilərək yeni yaradılacaq qurumun tərkibinə veriləcəyi ilə bağlı məlumatlar var. Ölkənin fiskal və maliyyə siyatəsinə nəzarət edəcək yeni qurumun isə Milli Gəlirlərə Nəzarət Departamenti adlandırılması gündəmdədir.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, Samir Şərifovun maliyyə naziri vəzifəsindən azad edilməsindən bir müddət keçməsinə baxmayaraq onun yerinə təyinat aparılmaması bu ehtimalları daha da gücləndirib. Digər tərəfdən bu qurumların ayrı-ayrılıqda fəaliyyəti büdcə proqnozlaşdırılmasında, eləcə də tərtibatında müəyyən çətinliklər yaradır. Bu gün büdcə daxilolmalarının 42,5 faizi vergi və rüsumların, 17,9 faizi gömrük rüsumları və idxala görə vergilərin payına düşür. Maliyyə Nazirliyi isə dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı kimi bu gəlirlərin “kassaya” daxil olmasını və icrasını təmin edir.

İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, hazırkı şəraitdə Dövlət Vergi Xidmətinin İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərməsi konseptual olaraq yanlışdır. Çünki vergilər xidmətində məqsəd vergi toplamaq, büdcəni doldurmaqdır. İqtisadiyyatın məqsədi isə iqtisadiyyatı inkişaf etdirməkdir.

Eksperin sözlərinə görə, Dövlət Gömrük Komitəsi də Vergi Xidməti kimi vergi toplamaqla məşğuldur: "Dövlət Gömrük Komitəsi ilə Vergi Xidməti yaxşı olardı ki, Maliyyə Nazirliyinə birləşdirilsin. Çünki Maliyyə Nazirliyi gəlirləri toplayıb, xərcləyən qurumdur. Əgər bu birləşmə baş verməzsə, Dövlət Vergi Xidməti ilə Dövlət Gömrük Komitəsini iki qurum olaraq birləşdirərək Dövlət Gəlirlər Komitəsi yaratmaq olar. Bu birləşmə inzibati xərclərin azalmasına, şəffaflığa yol açar. Gömrükdən keçən məhsul və xidmətlərin vergiyə cəlbi də mənbədən həll olunar. Bu baxımdan Dövlət Vergi Xidməti ilə Gömrük Komitəsinin birləşdirilməsi iqtisadiyyata ancaq müsbət təsir edə bilər".

İqtisadçı dünya praktikasında bu üç qurumun eyni təşkilatın tərkibində fəaliyyət göstərdiyini deyir: "Çünki bu qurumlardan biri pulu gətirən tərəf, digəri isə pulu bölüşdürəndir. Dünya təcrübəsində bunların üçünün bir yerdə olması praktikası mövcuddur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 Yanvar 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri