Nazir kollecin rəhbərini işdən ÇIXARDI
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin rəhbəri işdən çıxarılıb.
Modern.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Gəncə Regional Kollecinin rəhbəri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Nadir oğlu Kubışov vəzifəsindən azad edilib.
Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, İ.Kubışov əvvəllər Gəncə Dövlət Regional Kolleci qiyabi şöbəsinin müdiri vəzifəsində işləyib. İ.Kubişovdan əvvəl isə Gəncə Dövlət Regional Kollecinin rəhbəri işləmiş Fəxrəddin Zeynalov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Baxış sayı:127
Bu xəbər 04 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















