Icma.az
close
up
RU
Nazir müavini 6 cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində iştirak edir

Nazir müavini 6 cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində iştirak edir

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Türkiyə Respublikasının İstanbul şəhərində 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti iyunun 20-də öz işinə başlayıb.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən sammit rəqəmsal transformasiya, süni intellektin tətbiqi, gələcəyin öyrənmə modelləri və beynəlxalq əməkdaşlıq imkanları kimi aktual mövzulara həsr olunub.

Tədbirdə müxtəlif ölkələrin təhsil nazirləri, nüfuzlu beynəlxalq ekspertlər və qabaqcıl texnologiya qurumlarının nümayəndələri iştirak edirlər.

Sammitin məqsədi təhsil texnologiyaları sahəsində bilik və təcrübə mübadiləsi aparmaq, eləcə də tərəfdaşlıq imkanlarını genişləndirmək üçün çoxtərəfli platforma yaratmaqdır.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adından sammitdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə iştirak edir.

Tədbirin açılış mərasimində iştirak edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında təhsilin inkişafında texnologiya və süni intellektin rolunu yüksək qiymətləndirməklə yanaşı, onun mənəvi və intellektual dəyərlər üzərində qurulmasının zəruriliyini xüsusi vurğulayıb. Prezident Ərdoğanın çıxışı təhsil sahəsində tarazlı və davamlı yanaşmanın vacibliyinə diqqət çəkən mühüm mesajlarla yadda qalıb.

Eyni zamanda, sammit çərçivəsində rəqəmsal zorakılığın qarşısının alınması, süni intellekt və yeni texnologiyaların təhsildə istifadəsi, gələcək nəsillərin texnoloji dünyaya inteqrasiyası kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, sammit 22 iyun tarixinədək davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 İyun 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri