Nazir müavini İstanbul şəhərində 6 cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində iştirak edir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 21 iyun, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti işə başlayıb. Türkiyənin Milli Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən sammit rəqəmsal transformasiya, süni intellektin tətbiqi, gələcəyin öyrənmə modelləri və beynəlxalq əməkdaşlıq imkanları kimi aktual mövzulara həsr olunub.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə müxtəlif ölkələrin təhsil nazirləri, nüfuzlu beynəlxalq ekspertlər və qabaqcıl texnologiya qurumlarının nümayəndələri iştirak edirlər.
Sammitin məqsədi təhsil texnologiyaları sahəsində bilik və təcrübə mübadiləsi aparmaq, eləcə də tərəfdaşlıq imkanlarını genişləndirmək üçün çoxtərəfli platforma yaratmaqdır.
Elm və Təhsil Nazirliyi adından sammitdə nazir müavini Kənan Kərimzadə iştirak edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında təhsilin inkişafında texnologiya və süni intellektin rolunu yüksək qiymətləndirməklə yanaşı, onun mənəvi və intellektual dəyərlər üzərində qurulmasının zəruriliyini xüsusi vurğulayıb. Prezident Ərdoğanın çıxışı təhsil sahəsində tarazlı və davamlı yanaşmanın vacibliyinə diqqət çəkən mühüm mesajlarla yadda qalıb.
Eyni zamanda, sammit çərçivəsində rəqəmsal zorakılığın qarşısının alınması, süni intellekt və yeni texnologiyaların təhsildə istifadəsi, gələcək nəsillərin texnoloji dünyaya inteqrasiyası kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, sammit iyunun 22-dək davam edəcək.
Baxış sayı:117
Bu xəbər 21 İyun 2025 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















