Icma.az
close
up
RU
Nazir müavini: Azərbaycan sağlam dünya naminə əhəmiyyətli təşəbbüslərlə çıxış edir AZƏRTAC

Nazir müavini: Azərbaycan sağlam dünya naminə əhəmiyyətli təşəbbüslərlə çıxış edir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Naxçıvan, 29 noyabr, Nail Əsgərov, AZƏRTAC

Azərbaycan da iqlim dəyişmələrinin təsirlərini hiss edən həssas ölkələrdəndir. Son 30 ilə yaxın dövrdə respublikamızın su ehtiyatları 15 faizə qədər azalıb və 2050-ci ilə qədərki dövrə aid proqnozlar da ürəkaçan deyil. Belə ki, su ehtiyatlarının daha 20 faizə qədər azalması gözlənilir. Yağıntıların miqdarının azalması su qıtlığına yol açan əsas amillərdir. Əlbəttə ki, istiləşmə, su ehtiyatlarının azalması, torpaqların deqradasiyası meşələrin seyrəlməsi və məhv olması ilə nəticələnir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən “İqlim dəyişikliyinin kənd təsərrüfatının inkişafına təsiri” mövzusunda konfransdan sonra jurnalistlərə müsahibəsində ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O qeyd edib ki, kənd təsərrüfatı iqlim dəyişilmələrindən ən çox zərər çəkən sahədir. Həm su ehtiyatlarının azalması, həm də torpaqların deqradasiyası məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Kənd təsərrüfatı həm də iqlim dəyişilmələrinə təsir edən sahədir. Belə ki, iqlim dəyişmələrini şərtləndirən, qlobal istiləşməyə səbəb olan istilik effekti yaradan qazları formalaşdıran əsas sahələrdən biri də kənd təsərrüfatıdır. Metan qazı daha çox bu sahənin istifadəçiləri tərəfindən ətraf mühitə, atmosferə atılır. Müxtəlif kimyəvi maddələrdən, pestisid və gübrələrdən istifadə olunması torpaqların keyfiyyətini aşağı salır. Bakının ev sahibliyi etdiyi COP29-da da bu təsirlərin aradan qaldırılması ilə bağlı çağırışlar oldu.

“Azərbaycan COP29-da 14 təşəbbüslə çıxış etdi. Bu təşəbbüslərdən biri də Harmoniya Təşəbbüsü oldu ki, məhz bu təşəbbüs fermerlərlə birgə Azərbaycanın kənd təsərrüfatı sahələrinin iqlim dəyişmələrinə adaptasiyası, uyğunlaşması ilə bağlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Azərbaycan, əlbəttə ki, iqlim dəyişmələrinin təsirlərinin aradan qaldırılması ilə bağlı bütün çağırışlara dəstək verən ölkədir. Buna baxmayaraq, ölkəmiz sağlam dünya naminə bir çox əhəmiyyətli təşəbbüslərlə də çıxış edir. Halbuki, qlobal istiləşməyə təsiri olan karbon emissiyalarının yaradılmasında Azərbaycanın payı çox kiçikdir. Ancaq ölkəmiz ümumdünya naminə bütün gücünü səfərbər etməyə hazırdır və bu istiqamətdə mühüm töhfəsini verməyə qadirdir”, – deyə Vüqar Kərimov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri